Polis rəisinin qızı Türkiyədə narkotiklə tutuldu

Polis rəisinin qızı Türkiyədə narkotiklə tutuldu
17:57 17 Noyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da səhər Bolqarıstanda polis rəisi vəzifəsində çalışan məmurun qızı Türkiyədə narkotik vasitə ilə yaxalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ədirnədə Kapıkule sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçmək istəyən Bolqarıstan vətəndaşı, 23 yaşlı Desislava İ.-nin gödəkçəsinin içərisində gizlədilmiş 3 kq marixuana aşkarlanıb. Desislavanın Bolqarıstanda qəsəbə polis rəisi Miroslav İ.-nin qızı olduğu üzə çıxıb. Bolqarıstanda hüquq fakültəsinin dördüncü kurs tələbəsi olan Desislava və onun olduğu avtomobili idarə edən 30 yaşlı Ahmet K. saxlanılıb. Avtomobilin sərnişin olan Desislavanın bacısı Zornitsa isə nəzarət altında olması şərtilə sərbəst buraxılıb.
 
Qızının saxlanılması xəbərini aldıqdan sonra Bolqarıstandan Ədirnəyə gələn Miroslav İ. qızının üzərində 3 kq marixuana tapılmasından təəccüblənib və ağlayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR