Yuyucu toz çatmırdı - SSRİ-nin dağılmasının İLGİNC SƏBƏBİ

Yuyucu toz çatmırdı - SSRİ-nin dağılmasının İLGİNC SƏBƏBİ
17:58 17 Noyabr 2016
146 Dünya
Ölkə mətbuatı
A- A+

“Yuyucu tozun olmaması SSRİ-nin dağılmasına səbəb olub”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi mətbuat konfransında deyib.

“Sovet İttifaqının dağılması səbəbi nədir? Heç nə yazmayın, yuyucu tozu çatmırdı”, - Lukaşenko bildirib.

Belarus prezidenti xatırladıb ki, özü də bir dəfə yuyucu tozun 10-20 paketini almaq üçün növbədə dayanıb. Dövlət başçısı həmçinin “adi məsələlər”lə məşğul olmağa və “Sovet İttifaqının səhvi”ni düzəltməyə çağırıb.

Sentyabrda 30-da Lukaşenko bildirib ki, SSRİ-nin dağılmasını faciə kimi qiymətləndirir. “Mən Sovet İttifaqının dağılmasına birmənalı olaraq faciə kimi baxıram. Bu hadisə bütün dünyada mənfi nəticələr doğurdu. Biz bu hadisədən yaxşı heç nə almadıq”, - Lukaşenko deyib.

O, əminliyini ifadə edib ki, hazırda Yaxın Şərq və Afrikada olan münaqişələr SSRİ dövründə olmazdı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR