Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda gələn il əmək haqqı 0,1% artacaq

Azərbaycanda gələn il əmək haqqı 0,1% artacaq

Date: 17 November 2016 18:07

Bakı. 17 noyabr. REPORT.AZ/  Azərbaycanda gələn il orta aylıq əmək haqqının 2016-cı ilə illə müqayisədə real ifadədə 0,1% artaraq 508,4 manat olacağı proqnozlaşdırılır.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.
İqtisadiyyat Nazirliyi 2017-ci ildə inflyasiyanın 7,3%, növbəti 3 ildə isə azalaraq 2020-ci ildə 3,5% olacağını proqnozlaşdırır.
Gələn il ölkədə ÜDM-in həcmi real iqtisadi artımı 1,0% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.


Tags:  Azərbaycanda gələn il əmək haqqı artacaq

RƏYLƏR


Top news