"9 il öncə 1 kilo olaraq doğulan oğlum..." - FOTO

"9 il öncə 1 kilo olaraq doğulan oğlum..." - FOTO
18:12 17 Noyabr 2016
343 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aparıcısı Özlem Yıldız "Dünya Yarımçıq Günü"ndə etdiyi paylaşımla diqqətləri üzərinə çəkib.

Milli.Az NTV-yə istinadən bildirir ki, Özlem Yıldız, Sinan Serterlə evliliyindən doğulan oğlu Dəmirin fotosunu paylaşaraq, yazdığı romantik şərhlə böyük maraq doğurub.

9 il əvvəl 1 kilo olaraq doğulan oğlu üçün necə narahat olduğunu paylaşan Yıldız o günləri bu sətirlərlə izah edib:

"Bundan 9 il əvvəl 1 kilo olaraq dünyaya gələn Demirim iki ay reanimasiyada qalaraq bizə, evinə qovuşmuşdu. Dəqiqələri sayaraq aldığı hər bir qramla xoşbəxt olduğum, günlərlə həftələrcə yatmadığım, başı üstündə gözləyərək nağıllar oxuduğum balam bu gün 9 yaşında. Allah körpə sahibi olmaq istəyən hər kəsə bu duyğunu daddırsın. Amma əvvəl sağlamlıqla ..."

Təhməz Təkin
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR