Şamaxı rayonunda ana ölümü qeydə alınıb.
Publika.az ARB kanalına istinadən xəbər verir ki,
hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində yaşanıb.
Artıq ana ölümünün ilkin səbəbləri də açıqlanıb.
Belə ki, Ərçiman kənd sakini, 20 yaşlı Nuriyeva Qaratel Bəxtiyar
qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən həkimin sözlərinə görə, normal keçən doğuşdan bir
sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan
müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin
qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb. Həkimin sözlərinə
görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək
mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. Artıq
hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına
məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya
gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq. Ana ölümünün
dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra
məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.