Bakıda Baku Fashion Week-in 5-ci sezonu keçiriləcək! - FOTO

Bakıda Baku Fashion Week-in 5-ci sezonu keçiriləcək! - FOTO
18:22 17 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

24-27 noyabr tarixlərində Jumeirah otelində ən unudulmaz dəbli şousu-Bakı Moda Həftəsinin beşinci mövsümü Bakıda baş tutacaqş

Bu şou ildə 2 dəfə keçirilir və öz meydanına dəb dünyasının ən parlaq ulduzlarını toplayır. Bu sezonun açılışını brend uşaq dizayneri-Bechique-in mono-göstərisi edəcək. Şou xüsusi nağıl aləmli atmosferası və, əlbəttə, gözəl uşaq obrazları ilə yadda qalacaq.

Daha sonra, ayın 25-dən başlayaraq bağlanış günü 27-nə qədər, bir çox ölkələrin aparıcı dizaynerlərinin göstərişləri, məs., Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və digərlərinin göstəriş marafonları başlayacaq.

Göstəriş marafonun ilk günü ən məşhur gürcü dizayneri - Avtandil ilə başlayıb, daha sonra azəri brendi - Naditin zərif və parlaq kolleksiyası ilə davam edəcək. Daha sonra unikal konsepti ilə Project by Natavan Gallery - yeni azərbaycanlı moda evi, hansı ki, gənc istedadlara dəstək verir və onlarla öz işlərini professional meydana çıxarmağa imkan yaradır göstərişə qoşulacaq. Daha sonra isə şou gürcü mənşəli azərbaycanlı dizaynerin - Amina Jəfər ilə davam edəcək və məhdud libasların kolleksiyasının göstərişi baş tutacaq. İlk günün bağlanışını türkiyəli dizayner - Lulu by Rananın göstərişi edəcəkdir.

İkinci göstəriş günü azərbaycanlı dizayner-Xokumı Hacıyevin oyuncaq kolleksiyası və Levata Group-un zərgərlik evi ilə başlayacaq. Daha sonra Zinet-i-Zishan-ın unikal bəzək kolleksiyası nümayiş olunacaq. Daha sonra göstəriş aparıcı türkiyəli dizayner-Selma Çilek-in kolleksiyası ilə davam edəcək. Gecənin apofiozu Family Look-dan bütün ailə üzvləri üçün rahat kolleksiya olacaq. Göstəriş gecəsini ukrayna dizaynerləri, Kriza və Couture de Fleur bağlayacaq.

Üçüncü, göstərişin yekun günü Özbəkistanın aparıcı dizaynerlərinin Sharq Libosları etiketləri altında yığma göstərişi ilə başlayacaq. Daha sonra türkiyəli moda evinin - The Black Dress, kolleksıyasının nümayişi olacaqdır. Azərbaycanın dəb göstərişləri çərçivəsində, ilk olaraq, podiumda yüksək səviyyəli hicab kolleksiyası Jannat markası tərəfindən nümayiş olunacaq. Marafonun üçüncü gününü Moskvanın brendi Sol Atelier davam etdirəcək. Dəb Həftəsinin təmtəraqlı bağlanışını azərbaycanlı brend De Camie edəcəkdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR