FED rəhbəri: "Mövcud uçot dərəcəsi müəyyən risklər yarada bilər"

FED rəhbəri: "Mövcud uçot dərəcəsi müəyyən risklər yarada bilər"
18:22 17 Noyabr 2016
191 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırda mövcud olan uçot dərəcəsi müəyyən risklər yarada bilər, bu səbəbdən yaxın perspektivdə artım baş verə bilər.

"APA-Economics" xəbər verir ki, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen Senatda çıxışı zamanı deyib.

C.Yellen qeyd edib ki, bir sıra indikatorlar, o cümlədən məşğulluğun və inflyasiyanın səviyyəsi hədəflənən səviyyəyə çatmaqdadır. "Uçot dərəcəsinin artımına səbəb olacaq amillər artıq xeyli güclənib. Bunun nəticəsində ABŞ-da iqtisadi artım tempi və inflyasiya 2% səviyyəsinə yaxınlaşır. Məşğulluğun səviyyəsi ilə bağlı qarşımıza qoyulan hədəflərə də çatmaqdayıq.

Hazırkı uçot dərəcəsi istehsalı təşviq edir. Lakin istehsal bir qədər də böyüyə bilər. Bəzi xırda risklər uçot dərəcəsinin asta templərlə artırılmasını zəruri edir", - deyə C. Yellen bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR