Siyəzən və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Siyəzən və Astara magistral qaz kəmərlərində təmir aparılacaq
18:32 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 18-də saat 10:00-dan 16:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, saat 14:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Astara rayonunun Şahağacı, Kakalos və Tənqərud kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/siyezen-ve-astara-magistral-qaz-kemerlerinde-temir-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR