Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avro yenidən ucuzlaşmağa başlayıb

Avro yenidən ucuzlaşmağa başlayıb

Date: 17 November 2016 18:32

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ iqtisadiyyatında yeni iş yerlərinin açılması və inflyasiya göstəricisində müşahidə olunan yüksəlişlə Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin yaxın perspektivdə artırılması imkanı əldə edib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı FES rəhbəri Cannet Yellen bu gün ABŞ Senatındakı çıxışında bildirib. 
FES rəhbəri faizləri artırmaq üçün çox uzun müddət gözləməyin riskli olduğunu deyib və belə olarsa, gələcəkdə daha kəskin faiz artırmaq məcburiyyətinin yarana biləcəyini vurğulayıb. C.Yellen hazırda ABŞ iqtisadiyyatının mərhələli faiz artımına izn verdiyini söyləyib.
Xatırladaq ki, FES-in növbtiə iclası dekabrın 13-14-də keçiriləcək. Açıqlamadan sonra avronun dollara qarşı məzənnəsi 0,4% geriləyərək 1,0685 USD/EUR-a düşüb.


Tags:  Avro yenidən ucuzlaşmağa başlayıb

RƏYLƏR


Top news