Naftalanda avtomobilin üzərinə ağac aşıb, yolda hərəkət dayanıb

Naftalanda avtomobilin üzərinə ağac aşıb, yolda hərəkət dayanıb
18:37 17 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Naftalan. 17 noyabr. REPORT.AZ/ Naftalan rayonunda güclü külək fəsadlar törədib. 
"Report"un məlumatına görə, nəticədə iri gövdəli şam ağacı kökündən çıxaraq yolda hərəkətdə olan Sədrəddin Cavadovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini xoşbəxtlikdən heç bir xəsarət almayıb. Ancaq "VAZ-2106"nın dam örtüyü əzilib, şüşələri sınıb. 
Qocaman ağac adiyyəti qurumlar tərəfindən ərazidən götürüldükdən sonra yolda avtomobillərin hərəkəti tam bərpa edilib.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naftalanda-avtomobilin-uzerine-agac-asib-yolda-hereket-dayanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR