Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş
verib.
Publika.az apa-ya istinadən verdiyi xəbərə görə, Polis
Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il
təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və
qollarını doğrayıb.
V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib. Məlumata görə,
zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi
tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin
saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon
Polis Şöbəsində saxlanılırmış.
Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma
aparılır.