Aslan Aslanov: "Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu"

Aslan Aslanov: "Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu"
19:05 17 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

AZƏRTAC dünyanın nüfuzlu xəbər agentlikləri ilə səmərəli əlaqələr qurub. Biz həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.

Bu barədə jurnalistlərə müsahibəsində məlumat verən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində bir neçə ölkə, o cümlədən Avropada böyük nüfuza malik olan İspaniyanın EFE agentliyi ilə yeni əməkdaşlıq müqavilələri imzalanıb.

Agentliyin baş direktoru jurnalistləri beynəlxalq regional media qurumlarının yaranma tarixçəsi ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, ilk olaraq 1956-cı ildə Avropa Xəbər Agentlikləri Alyansı - EANA təsis edilib. Bundan beş il sonra UNESCO-nun təşəbbüsü ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), 1964-cü ildə isə Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) yaradılıb. Nəhayət, 2004-cü ildə Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə Moskvada Dünya Xəbər Agentliklərinin ilk Konqresi keçirilib. Bununla da dünyanın bütün informasiya agentliklərini və regional media təşkilatlarını öz ətrafında birləşdirən qurum fəaliyyətə başlayıb.

Dünya Xəbər Agentlikləri Konqresinin strukturu barədə danışan baş direktor məlumat verib ki, üç il əvvəl, 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə AZƏRTAC növbəti tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb və Şura üzvlərinin əksəriyyətinin dəstəyini qazanaraq bu hüquqa yiyələnib.

"Dünən biz burada dünya mediasını düşündürən ciddi problemləri üç sessiyada müzakirə etdik və bu gün də müzakirələr davam edir. Eyni zamanda, konqresdə dünya mediasında yeri və nüfuzu olan peşəkarlar öz layihələrini təqdim edir, yeni təkliflər irəli sürürlər. V Konqresi bu baxımdan da səciyyəvi hesab etmək olar. Məsələn, Yaponiyanın xəbər agentliyi öz yeni layihəsi, "Reuters" yeni təklifləri ilə çıxış edib. Bunlar iştirakçılar üçün olduqca əhəmiyyətli və maraq kəsb edən çıxışlar oldu", - deyə A.Aslanov vurğulayıb.

Baş direktor bildirib ki, müasir dünya mediası 20-30 il əvvəlki ənənəvi jurnalistikadan tamamilə fərqlənir. Reallıq odur ki, hazırda internet mediası, sosial şəbəkə dünya informasiya məkanında aparıcı mövqelərə çıxır, bütün istiqamətləri əlində cəmləşdirməyə can atır. Uzunmüddətli keçmişinə və ənənələrinə güvənən ənənəvi jurnalistika isə bəzən yeni dövrün reallığı ilə hesablaşmaq istəmir. Bu mübarizədə üstünlüyü qabaqcıl texnologiyalara, yeniliklərə hazır olan və bundan istifadə edən tərəf qazanacaq.

OANA barədə də məlumat verən agentliyin baş direktoru bildirib ki, bu təşkilat 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan ən böyük regional media qurumudur. Təşkilata 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. OANA-nın öz saytı var və onu idarə etmək AZƏRTAC-ın səlahiyyətinə keçir. Həmin sayta hər bir agentlik gün ərzində 10-15 xəbər yerləşdirə bilər və bu xəbərlər geniş auditoriyada yayılmaq imkanına malikdir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02

Xırdalanda məktəb qarət olundu

19 Avqust 2017 12:59

Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

19 Avqust 2017 12:48

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs

19 Avqust 2017 12:41

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust 2017 12:37

Daha bir dünya ulduzu Türkiyə yolunda

19 Avqust 2017 12:37

Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU

19 Avqust 2017 12:33

Paltar ütüləmək dərdinə SON

19 Avqust 2017 12:32

Misirdə qədim Azərbaycana aid YAZILAR AŞKARLANDI

19 Avqust 2017 12:28

Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

19 Avqust 2017 12:27

"Beşiktaş" səfərdə "Kasımpaşa"nın müqavimətini qıra bilmədi

19 Avqust 2017 12:19

Öldüyü deyilən Faytonçu Nazim QƏZƏBLƏNDİ: “Ağzına gələnləri yazırlar” - VİDEO

19 Avqust 2017 12:18

Azərbaycanın uşaq paralimpiyaçıları boccia üzrə beynəlxalq yarışa hazırlaşır

19 Avqust 2017 12:17

İstirahət gününün HAVA PROQNOZU

19 Avqust 2017 12:13

süd nə üçün daşır?

19 Avqust 2017 12:10

Bakıda oğurluq edən qrup saxlanıldı: aralarında qadın da var

19 Avqust 2017 12:04

Tovuzda camış biri qadını vuraraq öldürüb, digərini yaralayıb

19 Avqust 2017 12:02

37 dərəcə isti olacaq

19 Avqust 2017 11:59

Poroşenko qardaşının qətlini sifariş edib – Rusiya kanalında SENSASİYALI İDDİA - VİDEO

19 Avqust 2017 11:58

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

19 Avqust 2017 11:57

Faytonçu Nazim od püskürdü

19 Avqust 2017 11:57

Siqaret çəkən hamilələr, ölü doğulan körpələr.

19 Avqust 2017 11:53

Azərbaycanda deputat atasına heykəl qoydurdu - QALMAQAL - FOTO

19 Avqust 2017 11:53

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

19 Avqust 2017 11:52

İçki düşkünü olan futbolçunun qızı göz qamaşdırır - FOTOLAR

19 Avqust 2017 11:47

Ukraynada təhsil imkanı

19 Avqust 2017 11:44

İlk uçan aparatlar necə yaranıb?

19 Avqust 2017 11:40

Qadını döyərək pul alan şəxs tutulub

19 Avqust 2017 11:39

Azərbaycanlı aparıcını bıçaqlayıb, suda boğdular - VİDEO

19 Avqust 2017 11:38

Nazim parkda dostları ilə oturub

19 Avqust 2017 11:36

“Android” mobil əməliyyat sisteminin yeni versiyasının təqdimetmə tarixi bəlli olub

19 Avqust 2017 11:35

DDoS hücumların davametmə müddəti artıb

19 Avqust 2017 11:35

Külli miqdarda siqareti gizli yolla keçirmək istəyərkən tutuldu

19 Avqust 2017 11:33

Tramp baş strateqi qovdu

19 Avqust 2017 11:30

"Bu xəbəri yaymaqla kim nə əldə edir?" - "Faytonçu" Nazimin bacısı

19 Avqust 2017 11:29

Azərbaycan nefti bahalaşıb

19 Avqust 2017 11:27

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”

19 Avqust 2017 11:23

DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı AÇIQLAMA

19 Avqust 2017 11:19

Mark Zukerberq atalıq məzuniyyətinə çıxacağını elan edib

19 Avqust 2017 11:17

Azərbaycan klubunun bütün heyəti istefa verdi

19 Avqust 2017 11:17

Boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

19 Avqust 2017 11:14