ADGTT növbəti Beynəlxalq teatr festivalına yola düşür - FOTO

ADGTT növbəti Beynəlxalq teatr festivalına yola düşür - FOTO
19:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni - 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU" VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.

Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək.
Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. "Kontrabas" tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/490347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR