Prezident İlham Əliyev Donald Trampa zəng edib

Prezident İlham Əliyev Donald Trampa zəng edib
19:19 17 Noyabr 2016
144 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib. Lent.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

 

Prezident İlham Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar azulayıb.

 

D. Tramp prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR