Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

Date: 17 November 2016 19:52

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

Milli.Az report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Tags:  Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

RƏYLƏR


Top news