Bricit Brink: "Dağlıq Qarabağ üzrə status-kvo qeyri-sabitdir"

Bricit Brink: "Dağlıq Qarabağ üzrə status-kvo qeyri-sabitdir"
20:02 17 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ "Aprel hadisələri Dağlıq Qarabağ üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatların (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir" - Bricit Brink söyləyib.
O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.
"Münaqişənin nizama salınması Ermənistan üçün də müsbət olacaq" - B.Brink xüsusi vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/bricit-brink-qarabag-uzre-status-kvo-qeyri-sabitdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR