Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Donald Trampa zəng etdi

İlham Əliyev Donald Trampa zəng etdi

Hollivud ulduzu Trampı biabır etdi (22 Mart 2017 14:43)
ABŞ kəşfiyyatı Donald Trampa qarşı çevriliş planı hazırlyıb (19 Mart 2017 18:17)
İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsini qəbul etdi (17 Mart 2017 12:43)

Tarix: 17 Noyabr 2016 20:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib.

Publika.az bildirir ki, dövlətimizin başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.


Teqlər:  İlham Əliyev Donald Trampa zəng etdi



RƏYLƏR


Top xəbərlər