Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABD-da istefalar başladı

ABD-da istefalar başladı

Date: 17 November 2016 20:23

Donald Trampın prezident seçilməsi ilə ABŞ-da istefalar başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Donald Trampın Ağ Evdə vəzifəyə başlamasına 64 gün qalmış istefa verib.

“Dünən gecə istefa məktubumu təqdim etdim. Özümü çox yaxşı hiss etdim”, - Klepper deyib.

O, prezident Barak Obama dövründə təyin edilən və istefası gözlənilən yüksək vəzifəli məmurlar arasında istefa verən ilk şəxs olub. Ceyms Klepper 6 ildir Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini icra edirdi.

ABŞ Hərbi Hava Qüvvələrindən general-leytenant səviyyəsində təqaüdə çıxan Klepper 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyatı Agentliyinin ilk direktoru olub.

Ömər


Tags:  ABD-da istefalar başladı

RƏYLƏR


Top news