Fuad Ələsgərov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradə mövcuddur"

Fuad Ələsgərov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradə mövcuddur"
20:32 17 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Pirallahıda dini radikalizmə qarşı mübarizə ilə bağlı silsilə tədbirlər keçirilir (FOTO) (18 May 2017 10:36)
Bu binada bir mənzil onlarla vətəndaşa satılıb - Pul verib mənzil alan şəxs evinə girə bilmir - TƏFƏRRÜATLAR - VİDEO (17 May 2017 21:57)
Bakı Şəhər Prokurorluğunda YENİ TƏYİNATLAR (16 May 2017 11:17)

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AZƏRTAC-a müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.
- Fuad müəllim, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatının Azərbaycana dair nəticələrini necə qiymətləndirərdiniz?
- Azərbaycan ilə bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Bununla bağlı hesabatda əks olunan statistik göstəricilərə diqqətinizi cəlb etmək istərdim. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.
Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.
Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Belə ki, Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi, Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə 11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta göstəricilərdən yaxşı nəticəyə malikdir.
Göründüyü kimi, hesabatın Azərbaycan ilə bağlı nəticələri ümumilikdə proqressivdir. Belə ki, cari hesabatın nəticələrinin təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın səviyyəsinin azaldığını göstərir.
- “Beynəlxalq Şəffaflıq” təşkilatının cari hesabatı və “Korrupsiya Qavrama İndeksi”nin Azərbaycanla bağlı nəticələri arasında fərqi nə ilə əlaqələndirirsiniz?
- Bildiyiniz kimi, “Beynəlxalq Şəffaflıq” təşkilatının iki ənənəvi qiymətləndirmə mexanizmi mövcuddur: “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri”. Hər iki hesabatın Azərbaycanla bağlı nəticələrində irəliləyişlərin olması qeyd edilir. “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən 2016-cı ildə təqdim edilən “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq, hesab edirik ki, “Qlobal Korrupsiya Barometri” daha şəffafdır və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq, vətəndaşların mövqeyini ifadə edir. “Korrupsiya Qavrama İndeksi”ndə isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və təşkilatların hesabatlarından istifadə olunur.
- Həmin hesabatlarda Azərbaycanın mövqeyindəki irəliləyişləri nə ilə izah edərdiniz?
- Əlbəttə, bu nailiyyətlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədəki uğurlarımızı şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər 2012-2015-ci illərdə dövlət orqanları tərəfindən tam icra olunub. Vətəndaş cəmiyyəti institutları da müstəqil formada Milli Fəaliyyət planlarının icrasının monitorinqini həyata keçirib və nəticələrini yüksək qiymətləndirib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, lisenziyaların sayı və onların verilməsi müddəti azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilib. Elektron hökumət portalı tərəfindən göstərilən xidmətlərin sayı artıb və vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarının fəaliyyətində sıx iştirakı təmin edilib.
Korrupsiya cinayətlərinin təqibini həyata keçirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu təkmilləşdirilib, ştat vahidləri artırılıb və maddi-texniki imkanları genişləndirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “Qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursları inkişaf etdirilib, mərkəzə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi təmin olunub.
Azərbaycanın innovativ antikorrupsiya təcrübəsi Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən də müsbət qiymətləndirilir. Bundan əlavə, 2015-ci ildə Azərbaycan brendi olan “ASAN xidmət” BMT-nin ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - birinci yerə layiq görülüb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sürücülərə şad xəbər: “Sarı zolaq” qadağası bir neçə saata ləğv olunur

23 May 2017 07:39

WannaCry məhv edilə bilər

23 May 2017 07:37

Üç mənzilli penthaus - FOTO

23 May 2017 07:32

İki qadın bir pişiyə görə məhkəməyə düşdü

23 May 2017 07:29

Yeni smartfonda 3D olacaq

23 May 2017 07:27

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub: 19 ölü, 50 yaralı - FOTO

23 May 2017 07:27

Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib

23 May 2017 07:22

Tereza Mey Mançesterdəki partlayışları "dəhşətli terror aktı" adlandırıb

23 May 2017 07:15

İsveçin hava limanında BOMBA HƏYƏCANI

23 May 2017 07:13

Telegram-da artıq ödənişlər etmək olar

23 May 2017 07:12

Qobustanda gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb

23 May 2017 07:02

Ev üçün gözəl aksessuarlar - FOTO

23 May 2017 06:32

Boliviya prezidenti Donald Trampı zalım adlandırıb

23 May 2017 06:32

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 06:15

Məşhur futbolçu öz toyuna əsayla gəldi - FOTO

23 May 2017 06:13

Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

23 May 2017 06:02

Özünü 5-ci mərtəbədən atan gənc öldü

23 May 2017 05:59

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09