Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna üçün vizasız rejim təsdiq edildi

Ukrayna üçün vizasız rejim təsdiq edildi

Date: 17 November 2016 20:33

Avropa İttifaqı Şurası Ukrayna üçün vizasız rejimi bəyənib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, qərar Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələrinin komitəsi tərəfindən qəbul edilib və Avropa İttifaqı Şurasının saytında dərc olunub.

Viza 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir. Vizasız rejim azad şəkildə Şenqen ölkələrinə səyahət etməkdir. Şenqen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan və Şengenə 4 namizəd ölkə daxildir.

Şengenə üzv ölkələr: Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.

Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.

Şengenə namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya.

Ömər


Tags:  Ukrayna vizasız rejim təsdiq edildi

RƏYLƏR


Top news