Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Noyabr

Ermənistandakı parlament seçkilərinin nəticələri öncədən AÇIQLANDI (06 Mart 2017 18:12)

Tarix: 17 Noyabr 2016 20:34

Hər nə qədər etiraf etməsələr də, Avropanın terrorçulara qeyri-rəsmi dəstəyi faktdır. PKK terror təşkilatına Avropadan canlı yayım imkanı verilməsi, terrorçular üçün aşkar ianə toplanması hər kəsə məlumdur. Beynəlxalq axtarışda olan PKK üzvlərinin Avropa ölkələrində sərbəst şəkildə gəzməsi dəfələrlə Ankara ilə Avropa Birliyi ölkələri arasında münasibətlərin gərginləşməsinə səbəb olub. PKK-nın Suriya qanadının tərkibində qərbli legionerlərin döyüşməsinə dair təkzibolunmaz faktlar mövcud olsa da, təəssüf ki, Türkiyə bu imkandan Avropaya təzyiq vasitəsi kimi yararlana bilmir. PKK sıralarında döyüşən çexiyalı terrorçuların ələ keçirilməsi bu baxımdan Ankara üçün gözəl imkanlar açır. Çex snayperlərin Fransa və Almaniya xüsusi təyinatlılarının tərkibində birgə təlim keçməsi göstərir ki, Qərbin PYD-yə dəstəyi sistemli xarakter daşıyır və İŞİD-dən fərqli olaraq Suriyaya xüsusi hazırlıq keçmiş hərbçilər göndərir. Və bu muzdlular artıq Suriyada İŞİD-ə deyil, Türkiyə əsgərlərinə və Türkiyənin maraqlarına qarşı döyüşürlər. Ankara bu faktı maksimum ictimailəşdirməli, Avropa Birliyi ilə münasibətlərdə əlavə “kozır” kimi istifadə etməlidir.

 

Vüqar MƏSİMOĞLU


Teqlər:  Nəsimi Nəbizadə Ana xəbər bloku 17 Noyabr



RƏYLƏR


Top xəbərlər