Diktator Messidən güclü futbolçu yaradacaq

Diktator Messidən güclü futbolçu yaradacaq
20:37 17 Noyabr 2016
144 İdman
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen İn futbolçuların hazırlığının yüksəldilməsini yaxın gələcəkdə ölkənin prioritet strateji hədəfi olduğunu açıqlayıb.

İndiki məqamda FIFA reytinqində 126-cı pillədə qərarlaşan Şimali Koreya futbol millisi tarixi ərzində cəmi iki dəfə - 1966 və 2010-cu illərdə dünya çempionatlarının final mərhələsində oynayıb.

Pxenyandakı Beynəlxalq futbol məktəbinin müəllimi Yu On deyib: “Futbolçuları elə hazırlayacağıq ki, Messidən də yaxşı olsun. Əvvəlcə Asiyada liderlər sırasına yüksəlməliyik. Daha sonra isə dünya miqyasında lider olacağıq”.

Şimali Koreya millisinin baş məşqçisi Yorn Anderson isə nisbətən real fikirlər irəli sürüb: “KXDR-da Messi səviyyəsində futbolçunun yetişəcəyinə inanmıram. Ancaq Asiya standartlarına görə, güclü oyunçular yetişdirmək mümkündü. Koreyada xeyli istedadlı uşaqlar var. Təəssüf ki, onlar yalnız ölkə daxilində oynayırlar. Belə şərtlərdə güclü futbolçu yetişdirmək çətindi".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-diktator-messidn-guclu-futbolcu-yaradacaq-t54234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR