Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq Teatr Festivalına yola düşür

Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq Teatr Festivalına yola düşür

Date: 17 November 2016 20:37

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4-cü dəfə Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün səfərə hazırlaşır.
Teatrın mətbuat xidmətindən "Report"a veriləb məlumata görə, kollektiv Moldova paytaxtı Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.
Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə çıxış edəcək.
Bildirilib ki, “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.


Tags:  Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq Teatr Festivalına yola düşür

RƏYLƏR


Top news