"Oyunlara beyni dumanlı çıxırdım" - Orxan Məmmədov

"Oyunlara beyni dumanlı çıxırdım" -   Orxan Məmmədov
20:47 17 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, azərbaycanlı FIFA referilərinin siyahısında dəyişiklik olub. 2 ildi ki, beynəlxalq dərəcəli hakim kimi oyunlara təyinat alan Orxan Məmmədovu bu dəfə Ömər Paşayev əvəzləyib.

Artıq bu məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirləri bəllidi. O, Fanat.az-a açıqlamasında FIFA-ya Orxan Məmmədovun adının əvəzinə Ömər Paşayevinkinin göndərilməsini daxili çempionatda keçirilən oyunlara görə verilən qiymətlərlə əlaqələndirib. Xaqani Məmmədov bildirib ki, balları yüksək olduğu üçün Paşayev ilk dəfə FIFA referisi adına yüksəlib. 

Ömər Paşayev

Qaynarinfo.az bu məsələ ilə bağlı Orxan Məmmədovun da fikirlərini öyrənib. Məmmədov komitə sədrinin fikirlərini təsdiqləyib: 

"Bildiyiniz kimi, bu il mənim oğlumla bağlı problemlərim vardı. Onun müalicəsinə kifayət qədər çox pul lazım idi. Kim deyir ki, oyuna çıxanda şəxsi həyatındakı problemləri unutmalısan, səhv deyir. Həyatda elə şeylər var ki, insan nə qədər çalışsa da, bütün diqqətini oyuna kökləyə bilmir. Oyunlara beyni dumanlı çıxırdım. Nəticədə elə epizodlar olurdu ki, səhv qərarlar verməli olurdum. Bu da təbii ki, yekunda qiymətlənməyə təsir etməyə bilməzdi. Üstəlik, övladımı Moskvaya əməliyyata aparanda 1 ay orda oldum və 7-8 tur oyunlara təyinat ala bilmədim. Ona görə də Ömər Paşayevin FIFA referisi olmasını qanunauyğun sayıram. Hardasa belə olacağını gözləyirdim. Bunun üçün sosial şəbəkədə Öməri təbrik də etmişəm".

Orxan Məmmədov

Orxan Məmmədov ruhdan düşmədiyini, artıq problemlərin arxada qaldığını və açıq rəqabətə girişəcəyini bildirib: 

"Şükür Allaha, artıq hər şey qaydasındadır. Qorxacağım heç nə yoxdu. Övladımla bağlı hər şeyə aydınlıq gəlib. Artıq 31 yaşım var. Məqsədim yenidən FIFA referisi adımı geri qaytarmaqdı. Bunun üçün yaxşı oyunlar idarə edib reytinqimi yüksəltməliyəm. Rəqabət aparıb nəinki 3-cü yerə, ilk 2 sıraya da düşmək olar. 2017-ci ildə əsas məqsədim budu".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotoyunlara-beyni-dumanl-cxrdmquot-t54235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR