Rusiya ilə OPEC danşıqları 6 milyard dollar qazandırdı

Rusiya ilə OPEC danşıqları 6 milyard dollar qazandırdı
21:03 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC-lə danışıqlara qatılması ölkənin dövlət büdcəsinə 400 mlrd. rubl (6 mlrd. dollar) qazandırıb.

Publika.az "Bloomberg"ə istinadən məlumat verir ki, Rusiyanın danışıqlara qoşulması yanvar ayında 1 barrelinin qiyməti $27 olan neftin orta illik dəyərinin 44 dollaradək artmasına səbəb olub.

Agentliyin xəbərinə görə, bu cür qiymətləndirmə onu deməyə əsas verir ki, Rusiya digər iri neft istehsalçıları ilə hasilatın dondurulması istiqamətində danışıqları davam etdirməkdə maraqlıdır. Ötən gün Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, cümə günü Qətərin paytaxtı Dohada Səudiyyə Ərəbistandan olan həmkarı Xalid əl-Falih ilə görüşə bilər:

"Biz birgə müzakirələri davam etdirəcəyik. Hazırda OPEC daxilində müzakirələr gedir. Noyabr ayının 30-dək OPEC daxilində razılığın əldə olunacağına ümidliyik. OPEC bazarda neftin hasilatının stabilləşdirilməsi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdikdən sonra Rusiya karteli dəstəkləməyə hazırdır”.

Hazırda hasilatın cari ilin noyabr, həmçinin yanvar ayı səviyyəsində dondurulması ilə bağlı müzakirələr gedir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR