Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sürüşmə sahəsində yaşayan ailələr köçürüləcək - VİDEO

Sürüşmə sahəsində yaşayan ailələr köçürüləcək - VİDEO

Zibillikdə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatdı (16 Mart 2017 02:13)
Sürüşmə zonları aktivləşib: çökmə və uçqun qeydə alınıb (04 Mart 2017 14:28)
Sürüşmələr aktivləşdi, bir neçə yerdə çökmə sahələri yarandı (04 Mart 2017 12:42)

Tarix: 17 Noyabr 2016 21:12

Zığ sürüşmə sahəsində mənzilləri qəzalı vəziyyətə düşən sakinlərə torpaq sahəsi veriləcək. Bunun üçün paytaxtın  Zığ qəsəbəsində, Əmircan-Hövsan yolunun 5-ci kilometirliyinin yaxınlığında yer ayrılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ilkin mərhələdə bu əraziyə evləri yaşayış üçün tam olaraq təhlükəli vəziyyətə düşmüş 48 ailənin köçürülməsi planlaşdırılır.

Suraxanı rayon İcra Hakimiyyətinin Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov deyir ki, ərazi komunal xidmət sahələri ilə tam təmin olunur. Bura köçən sakinlərin mənzillərərinə bu xidmət sahələri dövlət vəsaiti hesabına çəkiləcək.

Ancaq Zığ sakinləri sözügedən ərazilərə köçməkdə elə də maraqlı deyillər. Çünkü həmin ərazidə evlərini tikmək üçün sakinlərə qəzalı vəziyyətə düşən evlərin qarşılığında kompensasiya verilmir.

Cəlaləddin Əhmədov isə deyir ki, sakinlərin bu istəyi nəzərə alınaraq  Nazirlər Kabinetinə əlavə məktub ünvanlanıb.

Milli.Az


Teqlər:  Sürüşmə sahəsində yaşayan ailələr köçürüləcək VİDEO



RƏYLƏR


Top xəbərlər