Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər - VİDEO

Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər - VİDEO

Date: 17 November 2016 21:12

Nikahdan əvvəl tibbi müayinə növləri artırıla bilər. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib.

Deputatın fikrincə, nikahdan öncə tibbi müayinələr irsi və infeksion xəstəliklərin ötürülməsinin qarşısını ciddi ölçüdə alıb. Amma bir sıra xəstəliklər var ki, onların da bu müəyyinələr sırasına salınmasına ehtiyac var.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, millət vəkilinin sözlərinə görə, bu siyahını çox da genişləndirmək düzgün olmaz və bu özünü doğrultmaz. Burada ən əsas irsi və cinsi yolla keçən, sosial əhəmiyyətli xəstəliklərin yayılmasına mane olmaqdır.

Ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və  müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talassemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-yə yaxın insanda HİV virusu tapılıb.

Milli.Az


Tags:  Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər VİDEO

RƏYLƏR


Top news