Ailəsi Əliağını Bakı küçələrinə saldı - VİDEO

Ailəsi Əliağını Bakı küçələrinə saldı - VİDEO
21:17 17 Noyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

59 yaşlı Əliağa Muxtarov illərdir həyatını küçələrdə qalmaqla keçirir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, onunla Nəsimi rayon ərazisində yerləşən parkların birində qarşılaşdıq. Soyuq və yağışlı havada beton üzərində yatmışdı. Onun niyə bu halda olduğunu soruşduq.

Deyir ki, bir zamanlar onun da hamı kimi isti ocağı və ailəsi olub, amma indi ailəsindəki problemlər səbəbindən küçələrdə qalır. Ailəsində baş verən söz-söhbətlər və davalar sonda onun küçələrdə qalması ilə nəticələnib.

Əliağa Muxtarov deyir ki, havalar isti olanda küçədə qalmaq çox çətin olmayıb, amma yağışlar başladıqda küçə həyatı xeyli ağırlaşıb.

O, indi başına gələnləri götür-qoy edir və bütün bunların buraxdığı səhvlərin nəticəsi olduğunu düşünür.

Əliağa Muxtarovun insanlara maraqlı bir məsləhəti də var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR