Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenkonun sözçüsü: “Bunu Rusiya kəşfiyyatı hazırlayıb”

Poroşenkonun sözçüsü: “Bunu Rusiya kəşfiyyatı hazırlayıb”

Date: 17 November 2016 21:18

Rusiyalı telefon xuliqanı pranker “Vovan”ın (Vladimir Kuznetsov) Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışığı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və Ukraynaya qarşı hibrid müharibəsinin bir hissəsidir.

Publika.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Poroşenkonun mətbuat katibi Svyatoslav Seqolko yazıb.

Seqolkonun sözlərinə görə, telefon söhbətinin təşkilinə həmçinin Qırğızıstanın xarici siyasət idarəsinin işçiləri kömək ediblər.

Qeyd edək ki, bu gün “Vovan” “YouTube”dakı kanalında Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətinin 15 dəqiqəsini yayıb. Kuznetsov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib.

Pranker Poroşenko ilə məzələndi – VİDEO

Rusiyalı telefon xuliqanı pranker “Vovan” (Vladimir Kuznetsov) “YouTube”dakı kanalında Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətinin 15 dəqiqəsini yayıb.

Ömər


Tags:  Poroşenkonun sözçüsü Bunu Rusiya kəşfiyyatı hazırlayıb

RƏYLƏR


Top news