İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşdü - FOTOLAR

İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşdü - FOTOLAR
21:33 17 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya səfiri media nümayəndələri ilə görüşdü (03 May 2017 15:09)
Türkiyə səfiri Mətbuat Şurasında - FOTO (03 Mart 2017 19:13)
Türkiyənin səfiri İran XİN-nə çağırılıb (21 Fevral 2017 08:22)

Bu gün Azərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüşü keçirilib.

Publika.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlığın media sahəsinə daha çox sirayət etməsinin vacibliyindən söz açan MŞ sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var. Fikrini əsaslandıran Ə.Amaşov rəhbərlik etdiyi qurumla İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında 9 noyabr 2016-cı il tarixdə imzalanmış memoranduma diqqət çəkib: «Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı. Tehranda olarkən cənab Xoddadi ilə də söhbətimiz oldu. Bu gün o bizim qonağımızdır. Fürsətdən istifadə edib ona, eləcə də İrana səfərimin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirirəm», – deyən Ə.Amaşov İslam Respublikasına səfərindən məqsədin İran mətbuatı və xəbər agentliklərinin 22-ci beynəlxalq sərgisində iştirak olduğunu xatırladıb, tədbirin yüksək səviyyədə təşkilini isbatlayan məsələləri qeyd edib Deputat həmçinin İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadini Azərbaycan Mətbuat Şurasının diplomu ilə də təltif edib.

İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadi Azərbaycan və İran xalqları arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən M.Xoddadi digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.

İcraçı direktor çıxışında rəhbərlik etdiyi agentliyin Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər zaman hazır olduğunu deyib. Cənab Xoddadi həmçinin İranın Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadənin digər sahələrdə olduğu kimi, media sahəsində də İran və Azərbaycan arasındakı münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə media nümayəndələri ilə görüşün Azərbaycanın Milli Dirçəliş Günündə baş tutmasını xoş təsadüf adlandırıb və əlamətdar gün münasibəti ilə toplantı iştirakçılarına təbriklərini çatdırıb. Səfir hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunudan məmnunluğunu ifadə edib, İranı və Azərbaycanı bir-birinə bağlayan cəhətlərdən söz açaraq ortaq dəyərlər, adət-ənənələr üzərində dayanıb.

Azərbaycanın regionda böyük nüfuz sahibi olduğunu vurğulayan C.Cahangirzadə müasir dövrdə İran-Azərbaycan iqtisadi münasibətlərinin təkcə region deyil, bütövlükdə dünya üçün faydalı tərəflərini sadalayıb, mövcud istiqamətdə geniş dəyərləndirmələr aparıb. O, zaman-zaman İranla Azərbaycan arasındakı yaxınlığı gözü götürməyən qüvvələrin olduğunu da diqqətə çatdırıb. Səfir media orqanlarının ictimai-siyasi, sosial-iqtisadi və mənədi proseslərdəki rolunun əhəmiyyətini qabardaraq bildirib ki, bu rolun daim müsbət çalarlarla yadda qalması neqativ meylləri sıradan çıxaran təsirli mexanizmdir.

C.Cahangirzadə Azərbaycanın jurnalistika ilə bağlı dünya miqyaslı tədbirlərə evsahibliyinin ölkənin hərtərəfli inkişafını tamamlayan vacib element kimi xarakterizə edib, rəhbərlik etdiyi diplomatik missiyanın İran-Azərbaycan media əməkdaşlığını nəzərdə tutan tədbirlərə hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında İran-Azərbaycan media əməkdaşlığının vacibliyini əsaslandıran cəhətlərə diqqət yetirib. O, qarşılıqlı təmasların indiyədək əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, ortaq problemlərə vahid prizmadan yanaşmaq baxımından mühüm önəm daşıdığını vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı Azərbaycan mediasının İrana olan marağını əsaslandıran məqamlardan söz açıb. Bu mənada adət-ənənə yaxınlığı, tarixi bağlılıq telləri üzərində dayanan V.Mahirqızı əlavə edib ki, bunu əsas tutan APA fars dilində də yayımlanmaqdadır və gələcəkdə qurumun İranda müxbir postunun fəaliyyət göstərməsi nəzərdə tutulur.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında diqqəti Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktına çəkərək İranın və Azərbaycanın media orqanlarının taleyüklü məsələlələrdə haqq və ədalətin çarçısı kimi çıxış etməsinin vacib tərəflərindən söz açıb.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Teleqraf Holdinq»in rəhbəri Aynur Quliyeva, «Assa İrada» İnformasiya Agentliyinin direktoru Fazil Abbasov və başqaları bildiriblər ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi ilə kifayətlənməməli, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. Onlar həmçinin hər iki ölkə jurnalistləri arasındakı təmasların intensivləşməsindən məmnunluqlarını ifadə edərək perspektiv planların həyata keçməsinə dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramazanda ağız qoxusunun qarşısını alan Ən EFFEKTLİ ÜSUL

25 May 2017 14:48

Azərbaycanın BMT-dəki nümayəndəliyinin hazırladığı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb

25 May 2017 14:47

"Bilirəm ki, soyadım Azərbaycanda məşhurdur" - Ceyhun Hacıbəylinin gəlini və nəvəsi - FOTO

25 May 2017 14:47

İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy təqdim olunub

25 May 2017 14:43

"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze

25 May 2017 14:42

Totti karyerasını davam etdirə bilər

25 May 2017 14:42

Bakıda avtobusda dava

25 May 2017 14:40

İsko mükafatlandırıldı

25 May 2017 14:37

Mançester terrorçusu partlayışa belə hazırlaşıb - VİDEO

25 May 2017 14:37

NATO PA-nın Tbilisidə keçiriləcək yaz sessiyasında 600-ə yaxın nümayəndə iştirak edəcək

25 May 2017 14:37

“Şəmkir”in prezidenti iranlı futbolçunu aldadıb - İDDİA

25 May 2017 14:37

OPEC neft hasilatının azaldılması anlaşmasını 9 ay uzadıb

25 May 2017 14:37

“Micro-LED” displeylərinin sınaq istehsalına başlanılacaq

25 May 2017 14:35

4 aylıq uşaq narkoman doğulub - DƏHŞƏT - FOTOLAR

25 May 2017 14:33

Metroda yeni xətlər istifadəyə verilir

25 May 2017 14:33

Gənc aktrisa sevgilisi ilə əyləndi - FOTO

25 May 2017 14:32

“Azərbaycandakı bu aparıcılar "GEY"DİR! - Onların ərləri var!”

25 May 2017 14:31

Aprel ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

25 May 2017 14:29

Ramazan ərəfəsində bazarda ucuzlaşma - Qiymət siyahısı - VİDEO

25 May 2017 14:27

Rusiyada neft bazasında baş verən yanğın nəticəsində 2 nəfər həlak olub

25 May 2017 14:27

Tbilisidə Regional Enerji Sammiti keçirilib

25 May 2017 14:22

Mançesterdə yenə partlayış təhlükəsi elan olunub

25 May 2017 14:22

"Bizdə heç it də yoxdur" - Araz Əlizadə

25 May 2017 14:22

Qazaxıstanın elmi ekspedisiyası Azərbaycana gələcək

25 May 2017 14:22

"Kara Sevda" Acuna uduzdu - SİYAHI

25 May 2017 14:22

“Türk Hava Yolları” səhmdarlarına 840 mln. dollar dividend ödəyəcək

25 May 2017 14:22

Kiyevdə 28 May - Respublika Günü ilə bağlı təntənəli tədbir keçirilib (FOTO)

25 May 2017 14:22

Nikaha daxil olmaq üçün

25 May 2017 14:18

"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini "məhdud defolt" səviyyəsinə endirib

25 May 2017 14:17

Gürcüstan baş nazirinin müavini: "Biz enerji sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik"

25 May 2017 14:17

Xavi: "Finalda "Real"a azarkeşlik edə bilmərəm"

25 May 2017 14:17

Soğan adlı bu möcüzə

25 May 2017 14:14

Mançesterdə növbəti terror həyəcanı! Ordu şəhərə yeridildi

25 May 2017 14:12

Bakıda gənclərin mağazadan "spinner" oğurluğu kameraya düşdü - VİDEO

25 May 2017 14:12

"Torino"nun ehtiyat qapıçısı "İnter"ə keçir

25 May 2017 14:12

Kaxa Kaladze: “Gürcüstanın enerji təhlükəsizliyini təmin olunmasında Azərbaycanın rolu böyükdür”

25 May 2017 14:12

Özcan Denizdən Bollivuda oğurluq ittihamı - FOTO

25 May 2017 14:12

"Bir pəncərə" İxraca Dəstək Mərkəzinin təqdim olunub

25 May 2017 14:08

“Bu taktika Krımın zəbtində işlədi” - Putinin 2018-cı il PLANI AÇIQLANDI

25 May 2017 14:08

“Azər-Türk” şirkətinin rəhbərinə qarşı 31 min manatlıq dələduzluq edilib

25 May 2017 14:07

Britaniya Mançesterdəki terrora dair informasiyanı ABŞ-la bölüşməyəcək

25 May 2017 14:07

Limon, istiot və duz qarışığı ilə 9 xəstəliyin müalicəsi

25 May 2017 14:06

Kişiləri evə çağırıb başına oyun açan qadından ŞOK ETİRAFLAR: "12 yaşımda anamın adamları məni qaçırtdı" - VİDEO - FOTO

25 May 2017 14:05

"Yoxlamalar 1000 dəfə azaldılıb" - Nazir müavini

25 May 2017 14:05

"Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum" - Vüqar Əbdülov - VİDEO - FOTO

25 May 2017 14:05

360 min dollarlıq telefon ilanın qucağına düşdü - FOTO

25 May 2017 14:03

"Beşiktaş" aparıcı futbolçusu ilə müqavilə müddətini uzadıb

25 May 2017 14:02

Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq

25 May 2017 14:01

Ən yaraşıqlı məhbus moda şousunda - FOTO

25 May 2017 13:57

Sabaha olan məzənnə

25 May 2017 13:56