50 yaşlı kişi 14 yaşlı qızı zorladı, özünü bölmədə öldürdü

50 yaşlı kişi 14 yaşlı qızı zorladı, özünü bölmədə öldürdü
21:37 17 Noyabr 2016
979 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb və çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Vaqif Muradov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Bildirilir ki, 50 yaşlı V.Muradov övladlığa götürdüyü və 14 yaşı hələ tamam olmamış qızına qarşı etdiyi seksual xarakterli zorakılıq əməlinə görə tutulub. Bu barədə polisə məlumat daxil olan kimi araşdırma başlayıb. İlkin olaraq fakt təsdiqini tapıb.

Törətdiyi əməlin yaratdığı ağır psixoloji təzyiqin təsirində olan 50 yaşlı kişi bu gün səhər saatlarında boğaz və qol damarlarını kəsərək intihar edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR