Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçisi olimpiadada qazandığı medaldan məhrum edilib

Azərbaycan güləşçisi olimpiadada qazandığı medaldan məhrum edilib

Date: 17 November 2016 21:42

Bakı. 17 noyabr. REPORT.AZ/Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.
Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.
İOC-un qərarına əsasən, artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək. 
Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib. 


Tags:  Azərbaycan güləşçisi olimpiadada qazandığı medaldan məhrum edilib

RƏYLƏR


Top news