İmam Hüseyn (ə) bu səhabənin duasına amin deyir

İmam Hüseyn (ə) bu səhabənin duasına amin deyir
21:47 17 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Hənzələ ibn Əsəd Şəbasi dövrünün ən igid insanlarından hesab olunurdu. O, fitnənin ən alovlu zamanlarında özünü Kufədən Kərbəlaya çatdırır və Əhli-Beyti (ə) müdafiə edərək, dünya və axirət saədətinə qovuşur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Hənzələ o insanlardan idi ki, İmam Hüseyn (ə) onu düşmənlə müzakirələr aparmaq üçün vəziləfəndirir.
"Muntəhiyəl-əmar" kitabında oxuyuruq: "Hənzələ İmamla (ə) üzbəüz dayanır və o? Həzrəti (ə) qorumaq üçün özünü qalxan qərar verir. İmama (ə) atılan hər bir ox və nizə ona dəyirdi. O, fəryad çəkir və deyirdi: "Ey qövm! Qorxuram ki, sizə də keçmiş ümmətlərə nazil olan əzablar nazil olsun. Nuhun, Ad və Səmud qövmünün əzabları kimi. O şey ki, küfr və inkar yolunu gedəndən sonra sizə nazil olacaqdır. Mən sizin üçün Qiyamət günündən qorxuram. O gün ki, məhşər səhrasından cəhənnəmə tərəf gedəcəksiniz və sizi İlahi əzabdan qoruyan olmayacaqdır.
Ey qövm! Hüseyni (ə) öldürürsünüz ki, Allah sizi bu əzaba görə həlak etsin?". (Erfan)
İmam Hüseyn (ə) buyurur: "Ey Hənzələ ibni Əsəd! Allah sənə rəhmət etsin. Bil ki, bu insanlar əzaba layiq olublar. Sən onları haqqa tərəf dəvət etdin, ancaq onlar dəvətini yerinə yetirməkdən imtina etdilər. Sənə və tərəfdaşlarına hücum etdilər. Sənə və səhabələrə nalayiq sözlər dedilər".
Hənzələ deyir: "Fədan olum, düz söz dedin. Mən Allaha tərəf getməyim, qardaşlarıma qoşulmayım?".
Həzrət (ə) buyurur: "Ey Hənzələ! Haqq tərəfindən sənin üçün hazırlanmış şeyə tərəf tələs ki, dünyadan və onda olanlardan daha yaxşıdır. Bəli, o sultanlığa tərəf get ki, heç bir zaman köhnəlmir və məhv olmur".
Hənzələ Həzrətlə (ə) vidalaşır və deyir:
السَّلَامُ عَلَيْكَ يَا أبَاعَبْدِاللّه! صَلّى اللّهُ عَلَيْكَ وَعَلى أهل بَيْتِكَ وَعَرَّفَ بَيْنَنَا وَبَيْنَكَ فِي الْجَنَّةِ.
"Əssəlamu əleykə ya Əba Əbdilləh! Salləllahu aleykə və alə əhli-beytikə və ərrafə bəynənə bəynəkə fil-cənnəti".
İmam Hüseyn (ə) Hənzələnin bu duasına amin deyir və sonra Hənzələ döyüşə tələsir və şəhid olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR