Telefon dələduzları Poroshenkonu yenə doladılar

Telefon dələduzları Poroshenkonu yenə doladılar
21:47 17 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Vovan ləqəbi ilə tanınan rusiyalı dələduz Vladimir Kuznetsov yenə Ukrayna prezidenti Petro Poroşenkonu telefonla ələ salıb.

Bu dəfə o, Poroşenkoya Qırğızıstan prezidenti Almazbek Atambayevin adından zəng edib.

Bu barədə Kuznetsov özünün Feysbuk səhifəsində yazır.

Onun sözlərinə görə, telefon söbhəti noyabrın 2-də olub və ilk növbədə MDB-lə hərtərəfli əməkdaşlığın mümkünlüyü ilə maraqlanıb.

Poroşenko Rusiyanın aparıcı rol oynadığı bu təşkilat çərçivəsində əməkdaşlığı mümkün saymayıb.

Kuznetsovun sözlərinə görə, bundan sonraonlar Poroşenkoya məxsus "Roshen" şirniyyat şirkətinin Lipetskdəki bölməsi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Kuznetsovun dediyinə görə, təzyiqdən yayınmaq üçün o, Poroşenkoya mülkiyyət hüququnu öz adamlarının adına sənədləşdirməyi təklif edib və Poroşenko bunu yüksək qiymətləndirib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, elə həmin gün Ukrayna prezidentinin rəsmi saytında Ukrayna və Qırğızıstan prezidentlərinin ikitərəfli münasibətləri müzakirə etməsi barədə məlumat yerləşdirilib.

Amma Qırğızıstanın prezident aparatı az sonra belə bir şey olmadığını bəyan edib.

Ukraynanın prezident aparatı hələlik məsələyə münasibət bildiriməyib.

Bu Poroşenkonun başına gələn ilk belə hadisə deyil.

Telefon dələduzları kimi tanınan Vovan və onun həmkarı Leksus bu ilin martında Porpshenkonun adından həmin vaxt Rusiyada həbsdə olan Nadia Savchenkoya məktub göndəriblər.

Həmin məktubda Savchenko aclığı dayandırmağa çağırılırdı.

Dələduzlar həmçinin "Eurovision-2016" mahnı müsbiqəsi ərəfəsində Poroşenkonun adından ukraynalı təmsilçi Camalaya zəng vurmuşdular.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR