Olimpiadada qazandığı medal güləşçimizdən alındı

Olimpiadada qazandığı medal güləşçimizdən alındı
21:53 17 Noyabr 2016
107 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

İOC-un qərarına əsasən, artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək.

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"-də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR