Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
21:57 17 Noyabr 2016
184 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, lakin hesab edir ki Dağlıq Qarabağ probleminin həlli əsnasında xalqların öz müqəddəratını təyin etmək hüququ da nəzərə alınmalıdır, Rusiyanın "Novosti"informasiya agentliyinə (RİA Novosti) müsahibədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
"Biz istənilən dövlətin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin xalqların öz müqəddəratının təyin etməsi heç də ərazi bütövlüyü prinsipinə zidd deyil. Ona görə ki, ərazi bütövlüyü dövlətlərarası münasibətlərə, öz müqəddəratını təyin etmək isə, paytaxtla kompakt yaşayan xalq arasındakı əlaqələrə aiddir (ələlxüsus öz tarixi vətənində yaşayan). Sivil dünyada bütün məsələlər silah tətbiq edilmədən həll olunur. Xalqların öz müqəddəratını təyin etmək prinsipini rədd ediriksə, onda gərək Sovet İttifaqı tərkibindən çıxmayaydıq, bu ki həmin prinsip əsasında baş tutmuşdu. Odur ki, bu prinsiplər bir-birinə zidd deyil", - Ermənistan prezidenti "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Sarkisyanın sözlərinə görə Yerevanla Bakı bir neçə dəfə Dağlıq Qarabağ tənzimlənməsinə dair onun (tənzimlənmənin) təməl prinsiplərini əks etdirən sənəd imzalamağa yaxın olublar.
"Dəqiq desək: erməni tərəfləri - Ermənistan və Dağlıq Qarabağ - hazırda təhlükəsizlik zonası qismində tutulmuş, azərbaycanlıların işğal altında olan dediyi, əraziləri tərk edir, lakin sənədin birinci bəndində aydın həkk olunub ki, Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ əhalisinin arzusunu azad izhar etmək yolu ilə müəyyən ediləcək... Daha sonra kimin iştirak edəcəyi, gündəlik məsələlər açıqlanır. Bir sözlə, referendum... Lakin hər dəfə Azərbaycan tərəfi yeni tələblər irəli sürüb", - Sarkisyan deyib.
Onun sözlərinə görə, erməni tərəfi indi də həmin sənədə qayıtmağa hazırdır.
Azərbaycan tərəfi Ermənistan prezidentinin bəyanatını şərh etməyib.
"Lakin belə hallarda bizim hazırlığımız heç nədir, çünki belə hallarda tərəf yox, tərəflər hazır olmalıdır. Bundan başqa, aprel hadisələri göstərdi ki, tərəflər arasında heç etimad yoxdur", - Ermənistan prezidenti deyib.

Qaynar xətt

RİA Novosti agentliyinə müsahibədə Serj Sarkisyan Dağlıq Qarabağ təmas xəttində hadisələrə operativ reaksiya göstərmək üçün Yerevanla Bakı arasında "qaynar xətt" yaradılmasının zəruriliyindən də danışıb.
"Məsələn, təmas xəttində kimsə atəş açır, və bizim məlumatlara görə, azərbaycanlılar atır. Mən telefon dəstəyini götürüb Azərbaycan prezidentinə zəng edib, deyirəm: "atırlar". O da həqiqətən yoxlayır", - Sarkisyan deyib.
Sarkisyan özü də nəzarət təşkil edib Azərbaycan prezidentinə dəqiq "bizimkilər atır ya yox" məlumat verməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, 1990-cı illərdə də "qaynar xətt" yaratmağa cəhd edilmişdi.
"O zaman mən Ermənistanın müdafiə naziri olmuşam, vizim Azərbaycan müdafiə naziri ilə birbaşa rabitəmiz var idi. Biz ekstremal hallarda, təcili təmas lazım gəldikdə, əlaqə yarada bilirdik" , - o deyib.
Serj Sarkisyan RİA Novosti agentliyinə müsahibəsində Ermənistan hökumətinin ölkə ərazisində "İskander" tipli Rusiya raket komplekslərini "regionda hərbi vəziyyəti birtəhər müvazinətləşdirmək üçün" yerləşdirdiyini bildirib.
"Düşünürəm ki, bu, məcburiyyətdən atılan addım olub... Sirr deyil ki, Azərbaycan son illər ərzində müntəzəm olaraq ən yeni silah növlərini alıb. Bizim elə imkanlarımız yoxdur", - Sarkisyan etiraf edib.
Onun sözlərinə görə, regionda silahlanma yarışını beynəlxalq münasibətlərdə neqativ amildir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR