Bu qadın özünü niyə kifir sayır? - FOTO

Bu qadın özünü niyə kifir sayır? - FOTO
22:05 17 Noyabr 2016
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

Erməni ilə nişanlanmış qaradərili ulduz: "Özümü bəyənirəm, yetər" - FOTO (16 Fevral 2017 23:32)

Alana düşünür ki, o kifirdir, hərçənd bunun tam əksini düşünmək həqiqətə daha yaxın olardı. O, Vücud Dismorfobiyasından (Body Dysmorphic Disorder - BDD) əzab çəkir.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu elə bir xəstəlikdir ki, adamları öz vücudlarındakı uydurma qüsurların dərdini çəkməyə vadar edir. Hər 50 nəfərdən birinin bu xəstəlikdən əzab çəkdiyi güman edilir, lakin onun haqqında adamların çoxu və hətta bəzi həkimlər də xəbərsizdirlər.

"Mən düşünürəm ki, adamların mənim sifətimi görməsi ədalətsizlikdir, çünki mən həqiqətən də eybəcərəm - deyir 20 yaşlı Alanah, - Bütün sifətim ləkələrlə doludur, hərçənd anam deyir ki, belə deyil. Mən öz dərimi şişkin və qızarmış görürəm. Məncə burnum çox böyükdür, əyridir və üzümdən xeyli qabağa çıxır. Gözlərim isə bapbalacadır".

Alanah gözəl və gənc bir qadındır, lakin o güzgüyə baxanda başqalarının gördüyünü görə bilmir.

O, Vücüd Dismorfobiyasından əzab çəkir. Onun xəstəliyi şiddətlənəndə tez-tez güzgüyə baxıb üzünü yoxlayırdı. Onun makiaj etməsi bəzən dörd saatadək çəkir, lakin sonunda yenə də evdən çıxmağa cəsarət etmirdi.

"Mənim günümün çox hissəsi beşqat krem vurmağa və dərimi gizlətməyə gedirdi. Gözlərimə çox qalın sürmə çəkməliydim. Daim belə gəzirdim" - deyir Alanah.

Alanah as a young girl

Balaca qıvrımsaç qız olanda Alanah onun şəklini çəkən zaman çox şad olardı. Lakin o, 14 yaşına çatanda vəziyyət dəyişib. Səbəbini heç özü də bilmir.

"Mən bu xəstəliyin əlamətlərini əvvəllər hiss eləmirdim, amma indi bilirəm ki, BDD imiş. Mən məktəbdə olanda fikrim ətrafımdakılarda idi. Baxırdım görüm kim mənə baxır. Kimsə güləndə elə bilirdim mənə gülür, - deyir Alanah, - Məktəbimizin pəncərələri böyük idi. Pəncərələrdə əksimə baxıb necə göründüyümü düşünürdüm. Tez-tez ayaqyoluna gedirdim ki, orada güzgüyə baxım".

15 yaşından Alanah məktəbə getməyi də dayandırıb. Anası Scarlett onu maşınla məktəbə aparar, lakin qız maşından düşmək istəməzdi. Beləcə gündə səkkiz dəfə bu oyun təkrar olunardı, deyir Scarlett.

Alanah özünü getdikcə daha çox təcrid edirdi və qızın xasiyyətindəki bu dəyişiklik ananı bərk narahat edirdi.

"İlk iki-üç ili biz bunun nə olduğunu başa düşmürdük, - deyir Scarlet, - Məktəbdə çox çalışqan, özünə inamlı qız, özünə qapanmışdı. Bütün günü yataqda olurdu. Mən narahat idim. Bilirdim ki, hər bir ana üçün övladı gözəldir, amma Alanah-nın doğrudan da heç bir eybi yox idi..."

"...Mən bu barədə söz salmaq istəmirdim. Deyirdim, qoy necə düşünürsə, düşünsün. Ən pisi də bu idi ki, bir ana kimi mən övladımı qorumalıydım. Amma heç nə edə bilməməyim məni də ruhdan salırdı".

Alanah selfie

Scarlett deyir ki, əgər fotonu qonaq otağında assa, qızını əsəbiləşdirə bilərdi. Rəfiqələri ondan indi qızının necə olduğunu soruşanda göstərməyə şəkil də tapmır.

Alanah və anasına BDD diaqnozunun bildirilməsi bir xeyli çəkib. Alanah-ya Maudsley xəstəxanasında düzgün diaqnoz qoyulanadək, həkimlər ona yeniyetmə qəzəbliliyi, ya da sosial nigarançılıq kimi yanlış diaqnozlar qoyublar.

Onun müalicəsi Şimali Londondakı qapalı klinikada 5 ay müddətində davam edib. O hələ indi də müntəzəm olaraq qavrama-davranış terapiyası seanslarına gedir.

Erkən yeniyetməlik yaşlarından şəkil çəkdirməkdən imtina edən Alanah BBC 4 telekanalının "Heç Bir Vücud Kamil Deyil" (No Body's Perfect) adlı verilişlər silsiləsinə çəkilmək üçün özündə cəsarət tapa bilib. Bu proqram üçün Alanah-nın fotoportretlərini tanınmış moda fotoqrafı Rankin çəkib. Verilişlərdən məqsəd BDD barədə maarifləndirmə işinin aparılmasıdır.

Alanah deyir ki, BDD diaqnozunun qoyulması asan məsələ deyil, çünki belə xəstələr öz zahiri görünüşlərindən utanaraq açıq danışmaq istəmirlər.

"Mənim başlıca narahatlığım burnumdandır. Amma mən bunu valideynlərimə və ya həkimə üç il müddətində deyə bilməmişəm. Mən bu barədə danışmaq istəmirdim" - deyir Alanah.

Bütün fotoları rədd etdiyinə görə Alanah üçün şəkil çəkdirmək asan deyildi. Elə günlər olurdu ki, o, 200-dək selfie çəkir və sonra da bütün fotoları telefonun yaddaşından silirdi.

Vücud Dismorfobiyası Fondundan qavrama-davranış həkimi - doktor Rob Willson deyir ki, BDD diaqnozu qoylmuş adamların öz şəkillərini çəkməsi tez-tez baş verən haldır.

Lakin onların fotosonun başqaları tərəfindən çəkilməsi bu adamlara qorxulu görünür, çünki onlar bu prosesə təsir edə bilmirlər.

Willson-a görə BDD adətən yetkinlik yaşında başlanır və çox vaxt da qısnamanın və ya lağa qoyulmanın nəticəsində yaranır. Məsələn, bəzən üzə çıxan sızanaqlar da buna səbəb ola bilər.

"Biz hamımız yeniyetməlikdə necə göründüyümüzdən narahat oluruq. Lakin BDD gündəlik narahatlıqdan tamamilə fərqlidir. Bu zaman şəxs günün ən azı bir saatını necə göründüyü barədə düşünməyə həsr edir" - deyir doktor.

Həkim bildirir ki, belə vəziyyət depressiyalara yol açır. Willson deyir ki, müasir dövrümüzdə yaranmış surətpərəstlik mədəniyyətində bizim davranışımız da dəyişib. Biz indi mini-məşhurlar kimi davranırıq, cib güzgüsünə baxmaqdansa selfie çəkirik. Amma bütün günahı sosial medianın üstünə də yıxmaq olmaz.

"Burada genetik, sosial faktorlar, erkən həyat təcrübələri, fərdiyyət müxtəlifliyi kimi başqa faktorlar da var və bunlar birlikdə BDD-yə gətirib çıxara bilər" - deyir Willson.

Bu xəstəliyin təbiəti belədir ki, adam psixoloji yox, fiziki probleminin olduğunu düşünür. Belə adamlar pullarını kosmetikaya və ya plastik cərrahiyyələrə xərcləyirlər. Lakin müalicə olunmasa bu xəstəlik daha fəlakətli nəticələrə gətirib çıxara bilər, deyir həkim.

"Bu yüksək riskli psixiatrik xəstəliklərdən biridir, - deyir Willson, - Çünki bu xəstəlik zamanı intihar, funksional əlillik və depressiya riskləri də olur" - deyir o.

Anası deyir ki, Rankin Alananın şəklini çəkdiyi gün bərk narahat imiş.

"Mən bilirdim ki, o Rankinə şəklinin çəkilməsindən xoşlanmadığını deməyə hazırlaşır, - deyir Scarlett, - lakin o fotoşəklliəri yox, şəkillərdə əks olunmuş özünü xoşlamırdı".

Bütün iztirablara baxmayaraq Alanah xəstəliyi ilə üzbəüz gəlməyə özündə cəsarət tapıb. O başqa birisinin onu makiaj etməsinə və Rankinin şəkil çəkməsinə razılıq verib.

Alanah

"Sona yaxın mən doğrudan da bir az rahatlıq tapdım və buna şadam. İndi mən özümə daha çox inamlıyam və başqalarından daha az narahatam" - deyir qadın.

Diqqətəlayiqdir ki, indi həmin portret Alanah-nın ailəsi yaşayan evin divarından asılıb.

Anası Scarlett deyir ki, şəkil çox gözəldir.

"Amma bu fotodan onun kövrəkliyi də bir az görünür" - deyir ana.

Alanah-nın müalicəsi yaxşı gedir və o hazırda universitetdə psixologiyanı öyrənir. Məqsədi BDD xəstəliyini öyrənmək və qavrama davranışı terapevti olmaqdır.

Bəs Rankinin çəkdiyi foto haqqında nə düşünür?

"Heç Bir Vücud Kamil Deyil" adlı proqramda Alanah bu foto çəkiləndən az sonra danışıb.

"Burada gözlərim çəp, əllərim-qollarım iri və natarazdır. Burnum quş dimdiyi kimi əyridir, sifətimin mütanasibliyi yoxdur. Düşünmürəm ki, mən özümü müsbət çalarda görməyə hələ hazıram" - deyir Alanah.

Amma bir neçə ay sonra kefi kökdür.

"Şəkil sanki günü gündən dəyişir. Mən onlara icazə vermişəm ki, onu qonaq otağında assınlar... İndi bu foto ilə heç bir problemim yoxdur" - deyir Alanah.

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rusiyaya müharibə ELANI... - Moskvanın MÜHARİBƏ SSENARİLƏR

27 Aprel 2017 17:08

Məktəb problemində yeni həll - Cəmi bircə ay və hamı razı qalır - FOTO

27 Aprel 2017 17:05

Bacısını boğaraq öldürən şəxsə HÖKM OXUNDU

27 Aprel 2017 17:05

Rusiya hərbi gəmisi Türkiyədə batdı - İSTANBULDA İNANILMAZ OLAY

27 Aprel 2017 17:04

Salyanda ağır qəza: ölən var

27 Aprel 2017 16:59

Bakının mərkəzində yeni salınan yol niyə əyridir? - VİDE

27 Aprel 2017 16:58

İri şirkətin anbarından tonlarla mənşəyi naməlum ət aşkarlandı - VİDEO - FOTO

27 Aprel 2017 16:57

Yaponiyanın baş naziri: “Putinlə sülh müqaviləsini müzakirə etmək istərdim”

27 Aprel 2017 16:57

"Polislər təhlükədə, polislər yasda..."

27 Aprel 2017 16:57

Ağcaqanadlara qarşı səkkiz öldürücü ətir

27 Aprel 2017 16:53

Deputat: "Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq"

27 Aprel 2017 16:52

Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin NƏZƏRİNƏ

27 Aprel 2017 16:52

Daşkəsəndə mənşəyi məlum olmayan 1 ton ət aşkarlanıb

27 Aprel 2017 16:49

Dövlət Komissiyası naməlum məzar yerləri ilə bağlı məlumatlara aydınlıq gətirdi

27 Aprel 2017 16:48

"Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi.."

27 Aprel 2017 16:47

Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub

27 Aprel 2017 16:47

"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirildi

27 Aprel 2017 16:46

DİQQƏT: Görüntülərə baxdıqdan sonra bu içkidən imtina edəcəksiniz

27 Aprel 2017 16:44

Azərbaycanlılar Parisdə yürüş keçirdi

27 Aprel 2017 16:43

Bakıda "Müasir İpək Yolu" turistik paketi təqdim edilib

27 Aprel 2017 16:42

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

27 Aprel 2017 16:42

179 şəhidimizin naməlum məzarı TAPILDI

27 Aprel 2017 16:42

İslam Oyunlarında Azərbaycan polisi də yarışacaq

27 Aprel 2017 16:39

Ərdoğan AKP-nin rəhbəri olacaq

27 Aprel 2017 16:38

Qara dənizdə Rusiyanın hərbi gəmisi batıb

27 Aprel 2017 16:37

Türkiyənin beynəlxalq ehtiyatları sürətlə əriyir

27 Aprel 2017 16:37

“Apple” mobil qurğularda yeni tip birləşdiricidən istifadə edəcək

27 Aprel 2017 16:35

“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək

27 Aprel 2017 16:35

Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub

27 Aprel 2017 16:35

Tabutdakı generalın kimliyi məlum oldu - FOTOLAR

27 Aprel 2017 16:33

Özündən ​28 yaş kiçik xanımla evlənən 60 yaşlı polkovnikin toyundan

27 Aprel 2017 16:33

İslamiadada polislər həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar

27 Aprel 2017 16:32

Ceyranbatanda ferma yanıb

27 Aprel 2017 16:29

Mədəniyyət Nazirliyi ona filmlərə çəkilməyə qadağa qoydu

27 Aprel 2017 16:27

Tanınmış aktyor Elməddin Cəfərov Lent.az-ın CANLI YAYIMINDA

27 Aprel 2017 16:24

Daxili İşlər Nazirliyi İslamiadada 14 idmançı ilə təmsil olunacaq

27 Aprel 2017 16:22

Tanınmış hind aktyoru xərçəngdən vəfat edib

27 Aprel 2017 16:22

Elçin Əlibəylidən televiziya rəhbərlərinə sərt sözlər

27 Aprel 2017 16:22

“Şeytan hiddətləndi və yerə...” - Öngörücüdən dünyanı LƏRZƏYƏ SALAN PROQNOZ

27 Aprel 2017 16:18

Erməni polisi öz əsgərlərini belə təhqir etdi

27 Aprel 2017 16:18

Şamaxıda bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

27 Aprel 2017 16:17

OPEC Vyana anlşamasını Rusiyasız uzatmağa hazırdır

27 Aprel 2017 16:17

Mütəxəssis: "Allergiya vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər"

27 Aprel 2017 16:17

İranda seçkiqabağı kampaniya başladı: indiki prezidentin rəqibləri zəif görünür

27 Aprel 2017 16:17

Kanadalı məşqçi: "Azərbaycan idman sahəsində böyük işlər həyata keçirir"

27 Aprel 2017 16:17

Bakıda 21 yaşlı qız özünü öldürmək istədi

27 Aprel 2017 16:14

Vampirlər qadınları, uşaqları öldürdü...

27 Aprel 2017 16:14

Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı

27 Aprel 2017 16:12

Azərbaycanda əfv sərəncamına adı düşən şəxsin əvəzinə başqa məhkum azad edilib? - RƏSMİ AÇIQLAMA

27 Aprel 2017 16:12

Ələt-Astara yolundakı qəzada ölənlərin adları məlum oldu

27 Aprel 2017 16:12