Qəbizliyə yol açan 4 səbəb

Qəbizliyə yol açan 4 səbəb
22:17 17 Noyabr 2016
515 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Hərəkətsizlik.

Qəbizliyə səbəb olan amillərdən biri də, hərəkətsiz bir həyat sürməkdir. Həzm sistemimizdə gün ərzində bir çox refleks hadisələri baş verir. Bunlardan biri, hərəkət etdikcə bağırsaqda baş verən hərəkətlərin avtomatik olaraq başlanmasıdır. Bu səbəblə gün içində nizamlı yürüş etməyə diqqət yetirin.
 
2. Uzunmüddətli səyahətlər.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, uzunmüddətli səyahətlər orqanizmin qida, yuxu, hərəkət və xaricetmə rejimini pozduğu üçün, qəbizliyə səbəb ola bilər. Bu kimi səyahətlərdə mümkün olduğu qədər hərəkəti və su istehlakını daha da artırmalı və uyğun lif ehtiva edən möhkəmlətmə dərmanları səyahət boyu, mütəxəssis tövsiyəsi əsasında istifadə etməlisiniz.
 
3. Kifayət qədər maye istehlak etməmək.
 
Kifayət qədər su qəbul edilmədikdə nazik bağırsaqdan yoğun bağırsağa keçən ifrazat daha sərt konsistensiyalı hala gəlir. Bu da qəbizliyə səbəb olur. Bu səbəbdən də, su istehlakı orqanizm üçün olduqca önəmlidir.
 
4. Bəzi dərmanlar.
 
Qidalanma ilə həyat vərdişlərinizə diqqət etdiyiniz halda qəbizlik probleminiz davam edirsə, altda yatan amil istifadə etdiyiniz dərmanlar ola bilər. Çünki dəmir, kalsium, depressiya və bəzi təzyiq dərmanları da qəbizlik problemi yaradır. Bu dərmanları istifadə etmək şərtdirsə, qəbizliyin qarşısının alınması üçün əlavə olaraq lifli qidalar qəbul edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR