Köhnə avtomobili olanlara bəd xəbər – Təcili “metallom”a verin

Köhnə avtomobili olanlara bəd xəbər – Təcili “metallom”a verin
22:43 17 Noyabr 2016
317 Ölkə
Ölkə mətbuatı
A- A+

“Köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır”.

Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Elmira Axundova çıxış edib.

Millət vəkili avtomobil qəzalarının və bu qəzalar zamanı dünyasını dəyişənlərin sayının artmasına diqqət çəkib. Bildirib ki, bu halların əsas səbəblərindən biri məhz istifadəyə yararsız avtomobillərdir.

Bu təklif uzun illərdir müzakirə olunsa da, hələ ki, real nəticə hiss edilmir. Təklif maraqlı olsa da, diqqət çəkən məqamlardan biri də bu avtomobillərin sonrakı aqibətidir. Yəni qanun bu avtomobillərin istifadəsini qadağan edə bilər. Bəs belə avtomobil sahibləri nə etməlidir? Bu avtomobillərin qalıqları harada və necə istifadə edilə bilər?
Reallıq budur ki, həm paytaxt, həm də bölgələrdə bu cür avtomobillərin sayı kifayət qədərdir.


Statistik məlumatlara görə, respublikada 1 milyon 360 mindən çox avtomobil var, onlardan təxminən 760 mini Bakı şəhəri ərazisində qeydiyyatdadır. Avtomobil parkına gəlincə isə 1980-ci ilə qədər buraxılışı olan 103 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdadır. 1981-90-cı ilə qədər buraxılışı olan avtomobillərin sayı 125 minə yaxın, 91-2000-ci illər arasında istehsal olunan avtomobillərin sayı 310 min, 2000-2010-cu illərdə istehsal olunanların sayı 420 minə yaxın, qalanı isə 2011-ci ildən bu yana istehsal olunanlardır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov əslində qanunda bu məsələnin tələb edildiyini, lakin buna əməl edilmədiyini deyib:

“Bəzi insanlar köhnə, istifadəyə yararsız avtomobillərin istifadəsinə bəraət qazandırırlar. “Maşınım var və bunu sürməliyəm” prinsipi ilə yanaşırlar. Avtomobili idarə etmək üçün standart tələblər var. “Yol Hərəkəti əsasında Qanun”da göstərilən tələblərə uyğun olmayan avtomobili idarə etmək olmaz. Dünyada qəbul olunmuş standarta əsasən avtomobil istismara yararsızdırsa, o istifadə edilməməlidir. Bizdə bu yanaşma yoxdur, lakin bu mədəniyyəti gətirmək lazımdır. Bu gün ölüm və xəsarətlə nəticələnən qəzaların əksəriyyəti texniki standarta uyğun olmayan avtomobillər səbəbindən baş verir. “Yol hərəkəti haqqın”da qanun 1 saylı əlavəsində avtomobilin beynəlxalq standarta uyğun olması tələb edilir. Standarta uyğun olmayan avtomobil sürülməməlidir. Lakin bu tələblərə əməl edilmir. Həmin avtomobil qanuna görə texniki baxışdan keçməməlidir. Texniki baxışdan keçməyən avtomobili sürənlər isə polis saxladığı halda 50 manat cərimə nəzərdə tutulub”.

Bu gün ölkənin avtomobil parkının 40-50 faizinin köhnə sovet maşınlarının təşkil etdiyini vurğulayan Ə.Hüseynov onların hamısının istismara yararsız olmadığını bildirib.

Onun sözlərinə görə, Rusiya və Sovet istehsalı avtomobillərin 20-30 faizi tam yararsızdır:

“Bunların əksəriyyəti rayonlardadır, Bakıda da belə avtomobillər var. Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam yararsızdır. Rayonlarda bu avtomobilləri kənd içində istifadə edirlər. Taksi fəaliyyəti göstərənlər də var”.

Ekspertin sözlərinə görə, problemdən çıxış yolu bununla bağlı dövlət proqramının qəbul edilməsidir:

“Bu məsələdə inzibati nəzarət mühüm rol oynayır. Bu gün avtomobillər texniki baxışdan keçir. İstismara yararsız avtomobil sahibinə onu utilizasiya etmək tövsiyə edilməlidir. Dünya ölkələrində müəyyən qrup əhaliyə güzəştlər etdilər, inkişaf etmiş ölkələrdə köhnə avtomobilləri təhvil vermək üçün əhaliyə əlavə pul da verirdilər. Bizdə maarifləndirmə ilə yanaşı, bu istiqamətdə proqramlar hazırlanmalıdır. İnsanlar köhnə metal yığınından əl çəkməyə təşviq edilməlidir. Bu avtomobillərin ləğvi üçün utilizasiya ilə məşğul olan zavod olmalıdır. Bu çox sadə prosesdir. Avtomobil zəruri detallara ayrılıb, təkrar emala göndərilir. Bu müəssisələri ya dövlət yaratmalı, ya da özəl quruma belə bir müəssisə yaratmaq üçün dəstək verilməlidir. Naxçıvan Muxtar Respublikasında bu nümunə var. Orada bir dənə də köhnə avtomobil tapa bilməzsiniz”.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov yol nəqliyyat hadisələrinin sayında köhnə, texniki cəhətdən nasaz avtomobillərin payının çox olmadığını deyib:

“Yol nəqliyyat hadisələrinin səbəbini təhlil edəndə onların arasında texniki cəhətdən nasaz avtomobillərin olduğunu görürük. Lakin yol nəqliyyat hadisələri istifadə edilən nəqliyyat vasitəsinin növü, markasından deyil, sürücünün necə idarə etməsindən asılıdır. Bakı şəhərində baş verən hadisələrin 41 faizi sürət həddinin aşılması, 58 faizi piyadaların vurulması, sonrakı yerləri yol ayrıclarını keçmə, əks istiqamətli yola daxil olmadır. Texniki cəhətdən nasaz avtomobillərin qəzaların sayında payı 1 faizi keçmir. Respublika üzrə son 5 ildə baş verən qəzaların sayı 2 dəfə aşağı düşüb. Ötən ilin 10 ayı ərzində ölkə üzrə 1846 yol qəza baş verib, 741 nəfər ölüb, 1905 nəfər xəsarət alıb. Bu ilin anoloji dövründə 1677 hadisə baş verib, 618 ölüm, 1721 nəfər xəsarət alıb. Demək 169 hadisə azalıb, 103 ölüm, 184 xəsarət halı az olub”.

V.Əsədov bölgələrdə, eləcə də Bakıda köhnə avtomobillərin qalmasını istisna etmədiyini deyib:

“Son günlər cərimə meydançalarındakı yararsız avtomobillərin çıxdaş edilməsi ilə bağlı sahiblərinə xəbərdarlıq edilib. Hazırda köhnə avtomobili olanlara bu xəbərdarlığa əməl etməyi tövsiyə edirəm. Bunun üçün sadəcə avtomobil sənədləri ilə birlikdə diaqnostika mərkəzinə təqdim edilir. Ərizə ilə müraciət əsasında avtomobil çıxdaş edilir. Qalıqları “metalloma” təhvil verilir və dəmirin çəkisinə görə vətəndaş pul alır. Anaq bu cür avtomobillərin payı çox deyil”.

Qeyd edək ki, qonşu Rusiya 2011-ci ildən köhnə avtomobillərin utilizasiyası üzrə dövlət proqramı çərçivəsində sertifikat verilməsini başa çatdırıb. Vətəndaşlar 10 ildən artıq yaşı olan köhnə avtomobillərini təhvil verməklə yerli zavodlarda istehsal olunmuş yeni avtomobil almaq üçün 50 min rublluq güzəşt nəzərdə tutan sertifikat əldə ediblər.

Gülxar

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49

Məşhur müğənni ağır xəstəliyə tutulub

25 Aprel 2017 23:48

Dinimiz qız qaçırmağa necə baxır?

25 Aprel 2017 23:47

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25 Aprel 2017 23:42

Yüksək miqdarda mis daşıyan qidalar

25 Aprel 2017 23:42

Onlar necə belə cavan qalır? – 40-dan 70-ə…

25 Aprel 2017 23:38

Gözəllik kraliçası döyüşçü oldu - FOTO

25 Aprel 2017 23:37

"Artıq mənim həyat yoldaşım yoxdur" - Fransalda məşhurlaşan azərbaycanlı

25 Aprel 2017 23:37

7 xəstəliyə çarə olan QULANÇAR

25 Aprel 2017 23:37

Yataq otağındakı kameraya ruh görüntüləndi

25 Aprel 2017 23:34

ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi

25 Aprel 2017 23:29

Messini 500-ə daşıyanlar

25 Aprel 2017 23:27

Erməni Kardaşyan kurortda dincəlir - FOTO

25 Aprel 2017 23:27

Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"

25 Aprel 2017 23:27

“Maradona və Messidən güclü olmuşam” - Romario

25 Aprel 2017 23:27

Müğənninin burnunu sındırdılar

25 Aprel 2017 23:23