Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi - RƏSMİ

Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi -   RƏSMİ

Olimpiya çempionumuz Almaniyada əməliyyat olunacaq (03 Mart 2017 15:07)
Olimpiya çempionu Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq (03 Mart 2017 14:57)
Azərbaycanın olimpiya və dünya çempionu karyerasında dördüncü dəfə çəki dərəcəsini dəyişəcək (24 Fevral 2017 15:42)

Tarix: 17 Noyabr 2016 23:07

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. 


Fanat.Az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.


Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.


Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək. 


Qeyd edək ki, Vitali Rəhimov “Pekin-2008”də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib. 


Fanat.Az


Teqlər:  Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi RƏSMİ



RƏYLƏR


Top xəbərlər