Cerrard üçün baş məşqçi postu

Cerrard üçün  baş məşqçi postu
23:27 17 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Los-Anceles Qalaksi” klubu ilə müqaviləsinin müddəti dekabr ayında baş çatacaq Stiven Cerrard dilemma qarşısındadır. Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu iki real təklif arasında seçim edir.


İlk təklif Şotlandiyanın “Seltik” klubundan gəlib. Reyncers təmsilçisi Cerrarda futbolçu karyerasını orada davam etdirməyi təklif edib. Digər variant isə İngiltərə çempionatının III liqasında çıxış edən “Milton Kins Dons”la bağlıdır. Sözgedən klubun rəhbərliyi təcrübəli futbolçunu baş məşqçi postunda görmək istəyir.


Cerrard ilin sonuna qədər futbolçu karyerasını davam etdirməklə bağlı yekun qərar verməlidir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cerrard-ucun-ba-mqci-postu-t54237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR