Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

Date: 17 November 2016 23:42

7 gün ərzində sağlam şəkildə arıqlamaq istəyənlər bu kokteylləri içməklə orqanizmin vitamin və mineral balansını ödəməklə, artıq çəkidən xilas ola bilərlər.
1-ci gün.
Kivi, ispanaq, limon və cəfəri qarışımlı kokteyl orqanizmdən artıq suyun çıxarılmasına yardımçı olmaqla yanaşı, orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir. Gün ərzində 1 dəfə zəif kalorili yemək və 2 dəfə bu kokteyldən içməklə çəkinizi azalda bilərsiniz.
2-ci gün.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, gün ərzində acdıqca hər dəfə banan və xurma kokteyli için və ən azı 1-2 km piyada gəzin. Hər dəfə kokteyl hazırladıqda 2 banan və 2 xurmadan istrifadə edilir.
3-cü gün.
Gün ərzində 3 dəfə ananas və ədviyyatlı (sarıkök və az miqdar darçın) kokteyl içməklə orqanizminizin mineral və vitamin balansını ödəyə bilərsiniz. Bu kokteyl sizə aclığınızı hiss etdirməyəcək.
4 cü gün.
Avokado kokteylini gün ərzində 3 dəfə için və piyada gəzin.
5-ci gün.
Manqo ilə portağallı kokteyl orqanizminizin vitamin və minerallara olan balansını ödəməklə sağlam şəkildə arıqlamağınıza səbəb olacaq.
6-cı gün.
Çuğundur və zəncəfildən hazırlanmış kokteyl çox faydalı olmaqla yanaşı metobolizmi sürətləndirərək araqlamağa kömək edir.
7-ci gün.
Gilləmeyvə və kefirdən hazırlanmış kokteyl sizin dadlı keçən həftənizi tamamlayaraq kalsium balansınızı ödəyəcək və sizin az çəki ilə sağlam bədənə sahib olmağınıza səbəb olacaq.
Milli.Az


Tags:  gün növ kokteyllə sağlam şəkildə arıqlama

RƏYLƏR


Top news