Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

9 yaşlı uşaq körpə qardaşını xilas etdi - VİDEO

9 yaşlı uşaq körpə qardaşını xilas etdi - VİDEO

Date: 17 November 2016 23:53

Sosial şəbəkələrdə 9 yaşlı oğlanın masanın üstündən yıxılan azyaşlı qardaşını xilas etməsinin görüntüləri rekord qırır.

Publika.az xəbər verir ki, hadisə sentyabrın sonlarında ABŞ-ın Florida ştatında baş verib. Videoda doqquz yaşlı Cozef masanın üstündən yıxılan 11 aylıq qardaşı Eytanı tutur.

Uşaqların anası Tila Levi hadisənin sentyabrda baş verməsinə baxmayaraq, videonu Facebook səhifəsində təvazökarlığından yerləşdirməyib. Lakin ABŞ-da keçirilən prezident seçkilərindən sonra "insanların bir-birlərinə qarşı daha da aqressiv olduqlarını" görən ana onların əhval-ruhiyyəsini dəyişmək üçün görüntüləri sosial şəbəkələrdə yayıb.

Doqquz yaşlı qəhrəman Cozef isə özündən heç vaxt belə reaksiyanı gözləmədiyini qeyd edib. O hətta baba və nənəsinin hədiyyəsindən imtina edərək bildirib ki, qardaşını xilas etmək onun üçün ən böyük mükafatdır.

Qeyd edək ki, balaca qəhrəman barədə dramatik video sutka ərzində bir milyona yaxın baxış toplayıb. (oxu.az)


Tags:  yaşlı uşaq körpə qardaşını xilas etdi VİDEO

RƏYLƏR


Top news