ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp noyabrın 18-də keçid komandasının üzvləri ilə iki saatlıq görüş keçirəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, həmin görüşdə yeni administrasiyada müxtəlif vəzifələri tutacaq namizədlər müzakirə ediləcək.
Məlumata görə, noyabrın 17-də adı milli təhlükəsizlik sahəsində hallanan istefada olan general-leytenant Maykl Flinn, dövlət katibi vəzifəsinə namizədlərdən sayılan Nyu-Yorkun keçmiş valisi Rudolf Culiani də Donald Trampın mənzil-qərargahında olub. Xəbərdə bildirilib ki, bu gün keçmiş dövlət katibi, Trampın müşaviri olmağa namizəd Henri Kissincer də həmin mənzil-qərargaha gedib.
Milli.Az