Kökəlməyin, yoxsa...

Kökəlməyin, yoxsa...
00:56 18 Noyabr 2016
251 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən məlumat veriri ki, artıq çəkidən azad olmaqla özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz:
 
1. Ürək-damar sistemi xəstəlikləri:

Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur. Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu onun daha tez yaşlanmasına səbəb olur.

2. Şəkərli diabet:

Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var. Piylənmə zamanı karbohidratların mübadiləsi pozulur, hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bunlar isə şəkərli diabetin inkişafına təkan verir.

3. Qaraciyərin piylənməsi (hepatoz):

Artıq çəkisi olan insanlarda piy qaraciydə yığılmağa başlayır. Nəticədə orqanın fəaliyyəti pozulur, ağır, geriyədönməz pozulmalar inkişaf edir (sirrozun inkişafına qədər).

4. Oynaq xəstəlikləri:

Artıq çəkisi olan insanlarda oynaqlar (söhbət bütün oynaqlardan və o cümlədən onurğa sütünundan gedir) həddindən artıq yüklənir, bu da onlarda pozulmaların inkişafına gətirib çıxardır.

5. Menstrual dövrünün pozulması və sonsuzluq:

Piy toxuması qadın hormonlarını ifraz etmək qabiliyyətinə malikdir. Qadın orqanizmində cinsi hormonların balansının pozulması (onların artıqlığı və ya əskikliyi) menstrual dövrünün pozulmasına, ovulyasiya ilə olan problemlərə və nəticədə sonsuzluğa səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR