Türkiyədə mis mədəni çöküb: 16 fəhlə, 8 yük maşını dağıntı altında qalıb

Türkiyədə mis mədəni çöküb: 16 fəhlə, 8 yük maşını dağıntı altında qalıb
01:02 18 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/16 fəhlə ilə yanaşı 8 yük maşını, 3 iş qurğusu torpaq altında qalıb.
"Report" Haber7-yə istinadən xəbər verir ki, Şirvan Bələdiyəsindən 5 fəhlənin xilas edildiyi, 3 fəhlənin meytinin torpaq altından çıxarıldığı bildirilib.
****
23.31
Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Siirt əyalətinin Şirvan rayonuna aid Mədən kəndində mis mədənində çöküş əmələ gəlib.
"Report" Haber7-yə istinadən xəbər verir ki, işçilər və bəzi avadanlıqlar uçqun altında qalıb. 
İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.
Foto "Anadolu" agentliyinindir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-mis-medeni-cokub-16-fehle-8-yuk-masini-daginti-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR