Bakı. 17 noyabr. REPORT.AZ/ Mozambikdə benzin daşıyan avtomobilin partlaması nəticəsində 43 nəfər ölüb, 110 nəfər yaralanıb.
"Report" TASSa istinadən xəbər verir ki, hadisə Malavi ilə sərhədə yaxın ərazidə olub.
İnformasiyaya əsasən, ölkə rəsmiləri bildirib ki, benzin daşıyan avtomobil Beyerdən Malaviyə doğru hərəkət edərkən, aşıb. Xəbərə görə, yerə dağılan benzini toplamaq üçün maşının aşdığı yerə insanlar axışıb. Elə partlayışda o zaman baş verib.