Prezidentliyə daha bir keçmiş namizəd ABŞ-ın dövlət katibi ola bilər

Prezidentliyə daha bir keçmiş namizəd ABŞ-ın dövlət katibi ola bilər
02:07 18 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə Mitt Romninin namizədıliyini irəli sürə bilər.
"Report" TASSa istinadən xəbər verir ki, "NBC News" telekanalının aparıcısı Keyt Snou öz "Tweeter" səhifəsində yazıb.
İnformasiyaya əsasən, 2012-ci ildə Mitt Romni ABŞ prezidentliyinə namizəd olanda Donald Tramp onu dəstəkləyib. Məlumata görə, seçkiqabağı 2015-2016-cı illərdə Romni ilə Tramp biri-birinin ünvanına tənqidi fikirlər söyləyiblər.
Xəbərdə bildirlib ki, seçkidən sonra keçmiş namizəd Romni Trampa zəng edərək, onu qələbəsi münasibəti ilə təbrik edib.
Məlumata əsasən, Romni Rusiyaya qarşı sərt mövqedən çıxş edir. O, Rusiyanı ABŞ-ın "geopolitik düşəməni" adlandırır.
Qeyd edək ki, ABŞ-ın indiki dövlət katibi Con Kerridə 2004-cü il prezident seçkisində Demokratlar Partiyasından namizəd olub. Onda Kerri Respuiblikaçılar Partiyasının namizədi kiçik Corc Buşça uduzmuşdu. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/prezidentliye-daha-bir-kecmis-namized-abs-in-dovlet-katibi-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR