Bu futbolçular başqa ölkələrdə doğulsaydılar... - FOTOSESSİYA

Bu futbolçular başqa ölkələrdə doğulsaydılar... - FOTOSESSİYA
02:32 18 Noyabr 2016
135 İdman
Ölkə mətbuatı
A- A+

Bir futbolçu üçün klublarda əldə edilən nailiyyətlər nə qədər önəmli olsa da, bu gün hətta Messi üçün də milli səviyyəsində ciddi uğur qazanmadan, Maradona səviyyəsində ola bilməz deyirlər. Ancaq bəzi futbolçular var ki, onlar özlərini ən yaxşı tərəfdən göstərməyi bacarsalar da, ölkələrinin futbol sənayesi çox geri qaldığı üçün layiq olduqları qiyməti ala bilməyiblər.

Milli.Az apasport.az-a istinadən belə futbolçulardan təşkil olunmuş bir siyahını təqdim edir.
 
10. Maciko Qonzales

 
Dünya çempionatları tarixində ən böyükhesablı məğlubiyyətlə xatırlanan El Salvador 1982-ci ildə Macarıstana 1:10 hesabı ilə məğlub olarkən, o dövr üçün komandanın ən yaxşı oyunçusu Maciko Qonzales idi. La Liqa klublarında çıxış edən Qonzales Cənubi Amerikanın başqa bir ölkəsində doğulmuş olsaydı, adı bu gün daha sıx-sıx hallanardı.
 
9. Frederik Kanut

 
"Sevilya" forması ilə ulduzu parlayan Kanut 2006 və 2007-ci illərdə əndəlüslülərin UEFA Kubokunun qazanmağında mühüm rol oynamışdı. Ancaq eyni uğuru Mali milli komandasında təkrarlaya bilmədi.
 
8. Stiven Pienaar


 
"Ayaks", "Borussiya" və "Everton" kimi güclü klublarda çıxış etmiş cənubi afrikalı futbolçu ölkə millisi ilə o qədər də uğurlu çıxış edə bilməyib. İki dəfə mundial görsə də, üst turlara çıxa bilməyib.
 
7. Sərgən Yalçın
 
 
Türkiyədə "dörd böyüklər"in hamısında forma geyinmiş nadir oyunçulardan olan Sərgən Bosman qanunu qəbul edilməmişdən qabaq istedadı ilə bir çox Avropa klubunun da diqqətini çəkə bilmişdi. Ancaq ona görə tələb olunan transfer haqqı bir türk ounçu üçün olduqca yüksək olduğundan keçidi alınmamışdı.
 
Super solaxay Türkiyədə deyil, Avropanın başqa ölkəsində doğulmuş olsaydı, bəlkə də indi daha yüksək mərtəbələrə yüksəlmişdi.
 
6. Eydur Qudyonson


 
 
İslandiyalı futbolçu karyerasının son illərində Avropa çempionatı həyəcanı yaşaya bildi. Komandası da uğurlu çıxış etdi. Ancaq gənclik illərində "Çelsi", "Barselona" kimi klublarda oynamış Qudyonson millidə istədiyi məşhurluğu əldə edə bilmədi.
 
5. Corc Vea

 
1995-ci ildə möhtəşəm çıxışı ilə "Qızıl top"a sahib olan "Milan"ın əfsanəvi bombardiri təəssüf ki, eyni nailiyyətləri millisi ilə yaşa bilmədi.
 
Liberiya millisi nəinki dünya, heç Afrika çempionatında da çıxış edə bilmədi. Ona görə də Vea heç vaxt gəlmiş-getmiş ən yaxşı oyunçu kimi xatırlanmayacaq.
 
4. Duayt York

 
"Aston Villa", "Mançester Yunayted" və "Blekbörn Rovers" kimi dövrün güclü Premyer Liqa klublarında çıxış etmiş York Trinidad və Tobako millisi ilə uğurlu ola bilmədi.
 
Əgər Cənubi Amerikanın başqa bir ölkəsində doğulmuş olsaydı, indi daha fərqli xatirələrlə yaddaşlarda qalacaqdı.
 
3. Qoran Pandev

 
İtaliya kimi müdafiənin sıx olduğu, üstəlik əcnəbilərə heç də xoş baxılmayan bir ölkədə hücumçu olmaq çox çətindi. Ancaq Pandev bu məsuliyyətin öhdəsindən ilərcə uğurla gələ bildi. "Latsio", "İnter" və "Napoli" ilə olduqca uğurlu oyunlar keçirən hücumçu ölkəsi Makedoniya millisi ilə heç cür uğur qazana bilmədi.
 
2. Rayan Giqqz
 

Karyerası boyunca sadəcə "Mançester Yunayted"də forma geynmiş Giqqz "qırmızı şeytanlar"la uğurudan-uğura addımladı. Ancaq ölkəsi Uels millisində özünə bab olan komanda yoldaşı olmadığı üçün bir varlıq göstərə bilmədi. Britaniyalıların son illərdəki yüksəlişi isə onun karyerasının bitməsi vaxtına düşdü.
 
1. Corc Best
 
 
"Mançester Yunayted"in daha bir əfsanəsi Corc Best də Giqqz kimi öz ölkəsinin millisində "boy göstərə" bilmədi. Şimali İrlandiyanın futbol sahəsində çox geridə olması, onun bir Pele və ya Maradona olmasına mane oldu.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR