Məşhur "Yalla" qrupunun solisti əməliyyat olunub

Məşhur "Yalla" qrupunun solisti  əməliyyat olunub
03:22 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın məşhur "Yalla" qrupunun solisti Fərrux Zakirov ağır cərrahiyyə əməliyyatı keçirib.
"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, müğənni hazırda müalicə olunur.
İnformasiyaya əsasən, bir neçə ilə əvvəl həlkimlər onun öd kisəsində daş aşkar edibmiş. Ötən gün həmin daşı cərrahiyyə əməliyyatı yolu ilə çıxarıəlıb.
Məlumata görə, Özbəkistanın xalq artisit Fərrux Zakirovun 70 yaş tamam olub. "Yalla" qrupu isə 1972-ci ildə yaradılıb.
Onu da xatırladaq ki, Fərrux Zakirov Özbəkistan və keçmiş SSRİ estradasının tanınmış müğənnisi, bəstəkarı və aktyorudur. O, "Yalla" qrupunun yaradıcısıdır. Fərrux Zakirov 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın Mədəniyyət naziri işləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/meshur-yalla-qrupunun-solisti-emeliyyat-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR